Bütün xəbərlər
14 may, 15:45

Uşaqların yalan danışması çox vaxt valideyn və müəllimləri narahat edir. Amma bunun səbəblərini başa düşmək çox vacibdir. Uşağın yalan danışması sadəcə pis davranışın nəticəsi kimi qəbul edilməməlidir. Bu, bəzən qorxu, narahatlıq və ya özünümüdafiə etmə cəhdi də ola bilər. Uşaqlar inkişaf dövründə düzgün olanla olmayanı ayırmağı, qərar verməyi və başqaları ilə necə davranmalı olduqlarını öyrənirlər. Yəni yalan bəzən onların dünyanı anlamağa çalışmalarının bir hissəsi kimi də qəbul edilə bilər. Yalan danışmağı azaltmaq, uşaqlara doğru danışmağın vacibliyini öyrətmək üçün hansı üsullardan istifadə olunmalıdır? Uşaqları başa düşmək və onlara düzgün yol göstərməkdən ötrü hansı addımların atılması vacibdir?

Ailə və ya məktəb mühitində dəstək görməyən uşaq bu boşluğu yalanları ilə doldura bilər


Bakı şəhəri 124 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Sultanova “Azərbaycan müəllimi”nə bildirib ki, yalan danışmaq çox vaxt uşağın inkişafının təbii bir mərhələsi ola bilər. Uşaqlar səhv etdikdə və bunun cəza ilə nəticələnəcəyini düşündükləri zaman yalan danışmağa meyil edirlər: “Bu halda yalan qorunma vasitəsi kimi istifadə edilir. Bəzi uşaqlar yalan danışaraq diqqəti özlərinə cəlb etməyə çalışırlar. Əgər uşaq ailə və ya məktəb mühitində emosional dəstək görmürsə, bu boşluğu yalanlarla doldurmağa cəhd edə bilər. Bu isə uşağın emosional ehtiyaclarının bir siqnalıdır. Uşaqlar ətraflarındakı böyükləri müşahidə edərək öyrənirlər. Əgər valideynlər və ya ətrafdakı digər şəxslər tez-tez yalan danışırlarsa, uşaq da bu davranışı normal qəbul edə bilər”.

Psixoloq Z.Sultanova uşaqların yalan danışmasının qarşısını almaq üçün valideynlərin və müəllimlərin cəza əvəzinə izah və anlayış yolu seçmələrini tövsiyə edir: “Uşaq yalan danışdıqda onu sərt şəkildə cəzalandırmaq yerinə davranışın səbəbini anlamağa çalışmaq, suallar vermək və uşağa özünü izah etməyə şərait yaratmaq daha faydalıdır. Açıq və dürüst ünsiyyət qurulduğu zaman uşaq həqiqətləri daha asanlıqla etiraf edəcək. Valideyn və müəllimlər öz davranışlarına da diqqət yetirməlidirlər. Uşaq çox şeyi müşahidə edərək öyrəndiyi üçün gündəlik həyatda kiçik yalanlara müraciət edildikdə o da bunu normal qəbul edə bilər. Uşağın düzgün davranışları mükafatlandırma, onu təşviq etmə üçün yaxşı bir üsuldur”.

“Kiçikyaşlı uşaqlar reallıqla fantaziyanı ayırd etməkdə çətinlik çəkə bilirlər”

Onun sözlərinə görə, uşaqlar, xüsusilə kiçikyaşlıların bəzən real olmayan hekayələr danışması mümkündür: “Kiçikyaşlı uşaqlar reallıqla fantaziyanı ayırd etməkdə çətinlik çəkə bilirlər. Məsələn, 3-5 yaşlı uşaq uydurduğu bir hadisəni gerçək kimi təqdim edə bilər. Bu, yalan danışmaq niyyəti ilə deyil, təxəyyül gücünün təsiri ilə baş verir. Uşaq böyüdükcə reallıq anlayışı güclənir və yalan daha məqsədli xarakter ala bilər. Bu vəziyyətlərdə uşağa gerçəklə xəyalı fərqləndirməyi yumşaq şəkildə izah etmək vacibdir. Uşaqların yalan danışmasının arxasında hansı ehtiyacların dayandığını anlamaq çox önəmlidir. Emosional ehtiyacları  qarşılanmadıqda uşaqlar bu boşluğu yalanları ilə doldurmağa çalışa bilərlər. Valideynlər uşağın emosional ehtiyaclarını düzgün şəkildə qarşılamaqla yalan danışma hallarının qarşısını almağa nail olarlar”.

Psixoloq qeyd edib ki, uşaqlar ən çox valideynlərinə yalan danışırlar və bunun əsas səbəbi valideynlərin sərt reaksiyasıdır: “Bəzi valideynlər uşağın yalan danışdığını anladığı anda onu danlayır, cəzalandırır və ya fiziki şiddət göstərirlər. Bu isə uşağın daha çox qorxmasına və yenə yalan danışmasına səbəb olur. Əslində, valideyn ilk olaraq uşağın niyə yalan danışdığını düşünməli, səbəbi anlamalıdır. Daha sonra sakit şəkildə uşağa yalan danışmağın düzgün olmadığını izah etməli və doğru danışmağın nə qədər vacib olduğunu anlatmalıdır. Uşağa “Bəlkə də doğru danışmağın nə qədər vacib olduğunu bilmirdin. İndi artıq daha diqqətli olacağına inanıram” kimi sözlərlə güvən vermək lazımdır. Həqiqət, yalan və səhv arasındakı fərqi başa salmaq da önəmlidir. Uşaqlara doğru danışmağı öyrətmək üçün “İki həqiqət və bir yalan” kimi sadə oyunlar oynamaq olar. Bu, uşağın yalanla doğrunun ayırd etməsinə kömək edir. Dürüstlük haqqında uşaq kitablarını birlikdə oxumaq da faydalı olar. Bu cür kitablar dəyərli söhbətlərin başlanğıcı ola bilər. Əsas odur ki, yalan danışdığı üçün uşağı danlamaq əvəzinə növbəti dəfə həqiqəti deməsinin daha rahat olması üçün birlikdə yollar axtarılsın. Uşaq bilməlidir ki, həqiqəti demək onu təhlükəyə atmır və valideynin sevgisi qeyd-şərtsizdir. Valideyni ilə münasibətlərində özünü güvəndə və rahat hiss etməlidir”.

Şərhlər

Xəbər lenti

14 may, 18:30

ADNSU-da mühəndislik üzrə təhsil alan tələbələr üçün təlim keçiriləcək

14 may, 18:02

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14 may, 17:50

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək

14 may, 17:47

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

14 may, 17:35

ARTİ doktoranturaya qəbul elan edir

14 may, 17:25

ADNSU-nun startapı beynəlxalq sərgidə maraqla qarşılanıb

14 may, 16:42

Fuad Nəcəfli: Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.