Bütün xəbərlər
14 may, 15:00

Xəbər verdiyimiz kimi, dünən Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən bu yarışma gənclərin Ulu Öndərin zəngin siyasi irsini öyrənməsi və yaradıcı şəkildə təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 

“Azərbaycan müəllimi” ən yaxşı təqdimat hazırlayan şagirdlərin bir neçəsi ilə həmsöhbət olub. 

Beyləqan şəhəri Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Röya Nəsirli “Heydər Əliyev və mənim doğma şəhərim” adlı təqdimatı ilə birinci yerə layiq görülənlər arasında olub.

“Bu mənim üçün böyük sevinc və qürur hissi oldu. Çünki Ulu Öndər Heydər Əliyevin adını daşıyan müsabiqədə qalib gəlmək həm məsuliyyətli, həm də fəxr ediləcək bir uğurdur. Müsabiqəyə hazırlaşarkən Heydər Əliyevin çoxşaxəli və zəngin siyasi irsini daha dərindən öyrəndim. Bu proses mənim dünyagörüşümün genişlənməsinə və şəxsi inkişafıma böyük təsir göstərdi”, – deyə Röya qeyd edir.

Müsabiqədə ikinci yerə layiq görülən şagirdlərdən biri də Yevlax şəhər Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rəhman Kərimlidir. O, “Heydər Əliyevin təhsilimizin və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər” mövzusunda təqdimatla çıxış edib.

“Gələcəkdə televiziya aparıcısı olmaq istəyirəm”, – deyən Rəhman bu müsabiqənin ona verdiyi təəssüratları belə bölüşür:

“Nəticə elan olunanda çox sevindim. Özümə güvənirdim, amma bu qədər yüksək nəticə əldə edəcəyimi gözləmirdim. Elə bir sevinc yaşadım ki, heç bir sözlə ifadə edə bilmərəm. Təqdimatımı digərlərindən fərqləndirən əsas cəhətlərdən biri danışıq tərzim, səhnədə özümü ifadə etməyim, səs tonu və xarici görünüşüm oldu. Düşünürəm ki, bu sahədə özümü tapmışam. Artıq böyük bir yolun başlanğıcındayam”.

Rəhman əlavə edir ki, bu təcrübə ona yalnız təqdimat bacarığı qazandırmayıb, həm də gələcək planlarını dəqiqləşdirməyə kömək edib:

“Gələcəkdə televiziya aparıcısı olmaq istəyirəm. Bu sahədə uğur qazanmaq üçün çalışıram. İnanıram ki, bir gün televiziyada özümü görmək arzum gerçəkləşəcək”.

“Bu dəfə də qalib olacağıma inanırdım”, – deyə sözlərinə başlayan Hüseyn Qafarzadə isə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdidir və müsabiqədə “Heydər Əliyevin təhsil və mədəniyyətə verdiyi töhfələr” mövzusunda təqdimatla çıxış edərək ikinci yerə layiq görülüb.

“Əslində, bu dəfə də qalib olacağıma inanırdım. Özümə güvənirdim və bu inam mənə qürur hissi verirdi. Qaliblər sırasında adımı eşitmək, əlbəttə, məni çox sevindirdi. Düşünürəm ki, məni digərlərindən fərqləndirən əsas cəhət təcrübəm oldu. Keçən il də bu müsabiqədə iştirak etmiş və qalib olmuşdum. Bu dəfə isə daha təcrübəli şəkildə hazırlaşmışdım”, – deyə Hüseyn vurğulayır.

Şagirdlərin təəssüratlarından da aydın olur ki, bu müsabiqə təkcə gənclərin çıxış və təqdimat bacarıqlarının yoxlanılması deyil, həm də onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından dəyərli bir təşəbbüs kimi qiymətləndirilir.

Elm və təhsil naziri Emin Əmrullayevin mükafatlandırma mərasimində dediyi kimi, təhsilin digər mühüm istiqaməti milli kimliyin formalaşmasıdır: “Məktəb elə bir yerdir ki, orada həm “5” alan, həm də nisbətən zəif qiymət alan şagirdlər olacaq. Təbii ki, müəllimlər hər bir şagirdin yüksək nəticə göstərməsini istəyir, lakin bu, hər zaman mümkün olmaya bilər. Bilik və bacarıqlarına görə aldığı qiymətlərdən asılı olmayaraq, biz bütün şagirdlərin milli dəyərlərə və kimliyə görə “əla” qiymət almasını hədəf kimi müəyyən etməliyik”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə ölkəmizin regionlarından ümumilikdə 3952 şagird qatılıb. 95 şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb. Müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Şərhlər

Xəbər lenti

14 may, 18:30

ADNSU-da mühəndislik üzrə təhsil alan tələbələr üçün təlim keçiriləcək

14 may, 18:02

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14 may, 17:50

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək

14 may, 17:47

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

14 may, 17:35

ARTİ doktoranturaya qəbul elan edir

14 may, 17:25

ADNSU-nun startapı beynəlxalq sərgidə maraqla qarşılanıb

14 may, 16:42

Fuad Nəcəfli: Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.