
Mayın 14-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Macarıstan Milli Assambleyasının sədr müavini, Con fon Neyman Universitetinin Himayəçilər Şurasının sədri, dünyaşöhrətli yazıçı Şandor Lejak ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, səlahiyyətli nümayəndə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib. Fuad Nəcəfli ölkəmizin iqtisadi və mədəni əlaqələrinin inkişafında Naxçıvanın özünəməxsus roluna diqqət çəkib.
Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universitetinin bu əlaqələrin inkişafında mühüm pay sahibi olduğunu bildirib.
Qonaqları hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri ilə tanış edən Fuad Nəcəfli sözügedən proqramda Naxçıvan Dövlət Universiteti üçün yeni kampusun inşa olunmasının və ali təhsil müəssisəsi üçün daha geniş fəaliyyət imkanlarının yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib. Vurğulayıb ki, bütün bunlar universitetin beynəlxalq əlqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.
Şandor Lejak səfərin əlaqələrin genişləndirilməsi baxımından önəmindən danışıb.
Görüşdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin və Naxçıvan Dövlət Universitetinin rəhbər heyətləri iştirak ediblər.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər