Bütün xəbərlər
14 may, 15:28

Azərbaycan Respublikasının Təhsil İnstitutu ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinqin keçirilməsi ilə bağlı tez-tez verilən suallara cavabları təqdim edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, həmin suallar aşağıdakılardır: 

  1. Monitorinq hansı məqsədlə həyata keçirilir?
  • Şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
  1. Monitorinq hansı siniflərdə keçiriləcək?
  • Monitorinq bütün ümumi təhsil müəssisələrinin IV və VI siniflərində keçiriləcək.
  1. Mən Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasında təhsil alıram, monitorinq bizim məktəbə aiddir?
  • Bəli, monitorinq ölkəmizdəki bütün dövlət ümumi təhsil müəssisələrinin (ümumtəhsil məktəbi, lisey, gimnaziya və s.) IV və VI siniflərində keçiriləcək.
  1. Bəs özəl ümumi təhsil müəssisələrində monitorinq keçiriləcək?
  • Özəl ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyinə müraciət edərək prosesdə iştirak edə bilərlər.
  1. Monitorinq hansı tarixdə keçiriləcək?
  • Monitorinq IV siniflərdə 17 may, VI siniflərdə isə 18 may 2025-ci il tarixində keçiriləcək.
  1. Monitorinq harada keçiriləcək?
  • Monitorinq rayon (şəhər) üzrə mərkəz kimi müəyyən edilmiş ümumi təhsil müəssisələrində keçiriləcək.
  1. Əgər aşağı qiymət alsam, sinif jurnalına yazılacaq?
  • Xeyr, monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir və bu barədə məktəb sənədlərində qeyd aparılmır.
  1. Monitorinq hansı fənlərdən keçiriləcək?
  • Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.
  1. Suallar çətindir?
  • Xeyr. Tapşırıqlar dövlət ümumi təhsil müəssisələri üçün təsdiq olunmuş tədris proqramını əhatə edəcək şəkildə tərtib olunub.
  1. Monitorinqdə açıq tipli testlər istifadə ediləcək?
  • IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq sual, VI sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.
  1. Monitorinqdə ən çox neçə bal toplamaq mümkündür?
  • Hər düzgün cavab 1 balla qiymətləndirilir və maksimal bal IV siniflərdə 60, VI siniflərdə isə 75-dir.
  1. Səhvlər düz cavablardan toplanılan ballara təsir edir?
  • Xeyr, səhv cavablar düz cavablara təsir göstərmir.
  1. Monitorinqin keçirilməsi üçün neçə saat nəzərdə tutulub?
  • Monitorinqdə ümumilikdə proses IV siniflərdə 150 dəqiqə, VI siniflər də isə 180 dəqiqə ərzində təşkil olunur.
  1. Monitorinqdə iştirak ödənişlidir?
  • Xeyr, monitorinqdə iştirak üçün ödəniş yoxdur.
  1. Sual kitabçalarını təhvil verməliyik?
  • Xeyr, müvafiq vaxtdan sonra şagirdlər sual kitabçalarını özləri ilə apara bilərlər. Cavab kağızları isə mütləq sinif nəzarətçisinə təhvil verilməlidir.
  1. Monitorinqdə iştirak etməyə bilərəm?
  • Ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.