Bütün xəbərlər
14 may, 14:53

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə bağlı monitorinqlər davam edir. 

ARTİ-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, növbəti monitorinqlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 12, 14, 75, 111, 182, 187, 234, 255, 295, 297,307, 336 nömrəli tam orta məktəblərdə, Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə və Masallı rayon Böyük Kolatan kənd tam orta məktəbində həyata keçirilib.

Monitorinq çərçivəsində həmin məktəblərdə fəaliyyət göstərən metodistlərin, eləcə də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə olunub. Dərs müşahidələrindən sonra metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. Bununla yanaşı, metodik görüşlər və təlim prosesləri də izlənilib.

Monitorinq nəticəsində əldə olunan müşahidələr metodistlərlə ətraflı şəkildə müzakirə edilib, onların güclü tərəfləri və inkişaf ehtiyacı olan sahələr üzrə tövsiyələr təqdim olunub.

Qeyd edək ki, metodik xidmətin təşkili üzrə metodistlərin fəaliyyətinə dair monitorinqlər digər ümumi təhsil müəssisələrində də davam etdirilir.

1 /5

Şərhlər

Xəbər lenti

14 may, 18:30

ADNSU-da mühəndislik üzrə təhsil alan tələbələr üçün təlim keçiriləcək

14 may, 18:02

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14 may, 17:50

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək

14 may, 17:47

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

14 may, 17:35

ARTİ doktoranturaya qəbul elan edir

14 may, 17:25

ADNSU-nun startapı beynəlxalq sərgidə maraqla qarşılanıb

14 may, 16:42

Fuad Nəcəfli: Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.