Bütün xəbərlər
15 yanvar, 15:33

Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən aparılan təkrar auditin nəticələri əsasında Dövlət İmtahan Mərkəzinə (DİM) fəaliyyəti ilə bağlı uyğunluq sertifikatı təqdim olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu gün bununla bağlı keçirilən tədbirdə  DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə auditin əsas məqsədinin mərkəzin keyfiyyət idarəetmə sisteminin qiymətləndirilməsi, auditin nəticələrinə əsaslanaraq sistemin effektivliyinin daha da artırılması olduğunu qeyd edib. Audit zamanı DİM-in fəaliyyəti və iş prinsipləri beynəlxalq standartlara uyğunluq baxımından yüksək qiymətləndirilib. 

Sədr vurğulayıb ki, auditin nəticəsi DİM-in fəaliyyətində innovativ yanaşmaları və müasir idarəetmə sistemlərini tətbiq etdiyini və dövrün çağırışlarına əsasən fəaliyyət göstərdiyini bir daha sübut edir. 

RCEC təşkilatının direktoru Jan Arnold Brauer bildirib ki, DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin uğurla tamamlanması mühüm bir nailiyyətdir. O, qeyd edib ki, bu audit yalnız qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləmir, həmçinin imtahan prosesində ədalət, etibarlılıq və mükəmməlliyə sadiqliyini də nümayiş etdirir: “Qurumunuzun yüksək standartların tələblərinə olan bağlılığı təkcə Azərbaycandakı təhsilin inkişafına kömək etmir, eyni zamanda, regionda və dünyada digər qurumlar üçün də əla nümunədir”. 

Çıxışın sonunda J.A. Brauer audit prosesinin nəticəsi olaraq, RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatını M.Abbaszadəyə təqdim edib. 

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən RCEC  imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub. 

 

1 /2

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.