Bütün xəbərlər
24 aprel, 12:47

Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 24 – 27 aprel tarixlərini əhatə edən səfərin əsas məqsədi qurumlar arasında fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparmaq və daha əvvəl tərəflərin imzaladığı Anlaşma Memorandumunun müddətinin uzadılmasından ibarətdir.

Səfər çərçivəsində 24 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin iştirakı ilə hər iki təşkilatın nümayəndələri arasında görüş keçirilib.

Qonaqları salamlayan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəz tərəfindən həyata keçirilən işlər haqqında danışıb. “Bizim sistem bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmdir. Uzun illərdir tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosio-texniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olsun və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilməsin. Həmçinin kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi  sistematik və ardıcıl qaydalar – alqoritmlər vasitəsilə həyata keçirilir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk” - deyə sədr qeyd edib.

Dövlət İmtahan Mərkəzinin ölkəmizdə informasiya kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olduğunu xatırladan sədr imtahan prosesinin əksər mərhələlərinin avtomatlaşdırılmasına nail olunduğunu söyləyib. Bundan əlavə, DİM-in elektron imtahanlar korpusunun istifadəyə verilməsi biliyin qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilib və orada yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur vasitəsilə binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsinə imkan yaradıldığı vurğulanıb.

Daha sonra çıxış edən MQİM-in direktoru Nino Tsereteli DİM-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılmış imkana görə öz təşəkkürünü bildirib və burada tətbiq olunan innovativ həllərin onların fəaliyyəti üçün də faydalı ola biləcəyini qeyd edib.

Görüşdə həmçinin qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub və yeni əməkdaşlıq istiqamətlərinin nəzərdə tutulduğu memorandumun imzalanması məqsədəuyğun hesab edilib. Xatırladaq ki, memorandum çərçivəsində Azərbaycan və gürcü dili fənləri üzrə müxtəlif imtahanlarda istifadə olunan test tapşırıqlarının qarşılıqlı nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işləri aparılır.

Görüşdən sonra Gürcüstanın nümayəndə heyəti DİM-in inzibati binasında yerləşən milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, imtahan materiallarının hazırlandığı qapalı zona, həmçinin onların avtomatlaşdırılmış çapı sistemi ilə tanış olublar.

Xatırladaq ki, qonaqlar aprelin 25-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunu ziyarət edəcəklər və orada imtahan iştirakçıları üçün yaradılan şəraitlə tanış olacaqlar. Həmçinin DİM-in təcrübəsinin qarşı tərəflə paylaşılması məqsədilə Mərkəzin aidiyyəti struktur bölmələri tərəfindən müxtəlif təqdimatlar ediləcək. Aprelin 27-də isə qonaqlar ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını müşahidə edəcəklər.

Şərhlər

Xəbər lenti

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

20 avqust, 10:28

Kanadada 75 milyon illik qədim çəyirtkə qalıqları tapılıb

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.