
Daxili İşlər Nazirliyi yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtın küçə və prospektlərində, xüsusilə də təhsil müəssisələrinin ətrafında hərəkət intensivliyinin artacağı gözlənilir. Bu səbəbdən sürücülər və piyadalar yol hərəkəti qaydalarına daha məsuliyyətlə yanaşmağa çağırılır.
Sürücülərə məktəblərin yaxınlığında sürəti azaltmaq, piyada keçidlərində uşaqlara və digər piyadalara yol vermək, avtomobil idarə edərkən mobil telefondan istifadə etməmək, həmçinin dayanma-durma qaydalarına riayət etmək tövsiyə olunur.
Piyadaların səki ilə hərəkət etməsi, yalnız piyada keçidlərindən istifadə etməsi, valideynlərin isə azyaşlı uşaqları nəzarətsiz buraxmaması xatırladılır.
Müraciətdə qeyd olunur ki, təhlükəsizlik hər bir iştirakçının diqqətindən asılıdır. Məqsəd yeni tədris ilini bütün şagirdlər, tələbələr və vətəndaşlar üçün təhlükəsiz və uğurlu etməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər