
Peşə təhsili müəssisələrində dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, 2025/2026-cı tədris ili üzrə 2160 tələbənin dual peşə təhsilinə cəlb edilməsi planlaşdırılıb. Ötən il bu rəqəm 1273 nəfər olub.
Peşə təhsili müəssisələrin sayı isə cari ildə 25-dən 28-ə yüksəldilib.
Dual peşə təhsilində 46 ixtisas üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər