Bütün xəbərlər
15 yanvar, 15:48

Azərbaycanda təhsilin inkişafı və müasir əmək bazarının tələblərinə cavab verən ixtisasların yaradılması ölkənin gələcək tərəqqisinə mühüm töhfələr verəcək bir addımdır. Bu addım təhsilin keyfiyyətini artırmaq və gənclərə peşəkar bacarıqlar qazandırmaqla yanaşı, ali təhsil müəssisələrinin qarşısında da yeni tələblər qoyur. 

Universitetlər yeni ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması istiqamətində artıq müvafiq hazırlıq proseslərinə başlamalı, bu sahədəki ehtiyacları müəyyənləşdirmək üçün strateji addımlar atmalıdır. Bu yeni mərhələnin uğurla həyata keçirilməsi üçün müvafiq təlimlərin keçirilməsi və müəllim heyətinin inkişafı mühüm rol oynayır.

“Azərbaycan müəllimi” olaraq bu məsələ ilə bağlı UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimlinin fikirlərini öyrəndik.

V.Kərimli yeni ixtisasların təsnifata daxil edilməsini təqdirəlayiq bir proses kimi qiymətləndirib. O bildirib ki, dünya inkişaf etdikcə biz də inkişaf etmək məcburiyyətindəyik. Əmək bazarının tələbləri dəyişir: “Bu ixtisaslar doğrudan da əhəmiyyətlidir. Lakin həm müəllim hazırlığı, həm də tədris materiallarının hazırlanmasında problemlər olacaq. Bu halda həmin sahələrin tədrisində təhsil proqramlarının tərtibatı, əmək bazarının ciddi şəkildə öyrənilməsi məsələləri gündəmə gəlir”.

Bu prosesdə ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr haqqında danışan müsahibimiz universitetlərin dünya təcrübəsini mütləq şəkildə öyrənməsinin vacib olduğunu qeyd edib: “Artıq bəzi universitetlərimiz dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları çərçivəsində əməkdaşlıq edir. Həmin universitetlərin təhsil proqramlarının, faydalı tədris materiallarının öyrənilməsində universitetlərimizin kifayət qədər təcrübəsi var. Düşünürəm ki, bu sahədə də uğur qazanacağıq”. 

Yeni ixtisasların yaradılması olduqca müsbət addım olmaqla yanaşı, özü ilə bərabər bəzi sualları da ortaya qoyur. Bu ixtisasları tədris edəcək professor-müəllim heyətinin hazırlığı hansı səviyyədədir? 

V.Kərimli məsələyə belə münasibət bildirib: “Ölkəmizdə hamı etiraf edir ki, ali təhsil müəssisələrində tələbə-müəllim nisbəti məsələsində bəzi problemlər mövcuddur. Ümumiyyətlə, diqqət yetirsək, illər üzrə doktoranturaya qəbul olanların sayı ürəkaçan deyil. Düşünürəm ki, doktoranturaya qəbulu asanlaşdırmaq lazımdır, qəbul məsələsinə fokuslanmamalıyıq. Real tədqiqat işlərinə, təhsilin mahiyyətinə diqqət yetirilməlidir. İllərdir müşahidə edirik ki, Azərbaycanda doktoranturaya qəbul olmayan gənc alimlərimiz xaricdə, xüsusilə Türkiyə və Rusiyada doktorantura təhsilinə üz tuturlar. Bunun üstün tərəfləri odur ki, yeni təhsil və tədqiqat metodları öyrənirlər. Lakin bu, ölkədən ciddi maliyyə axınına səbəb olur və universitetləri də maliyyə problemi ilə qarşı-qarşıya qoyur”. 

Doktoranturaya qəbulun sadələşdirilməsi və plan yerlərinin artırılması məsələnin həllində önəmli rol oynadığını bildirən V.Kərimli dövlət standartları əsasında auditoriyaların yaradılmasının, yeni universitet binalarının tikilməsinin əhəmiyyətli olduğunu söyləyib: “Sadəcə təsnifata əlavə olunan yeni ixtisaslar deyil, mövcud olan bütün ixtisaslar üçün maddi-texniki bazasının gücləndirilməsi, laboratoriyaların qurulması, yeni ədəbiyyatların tərcümə edilməsi, yaradılması ilə bağlı kompleks yanaşmalar ortaya qoyulmalıdır”.

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.