Bütün xəbərlər
16 yanvar, 16:59

Tədris prosesində neqativ hallara səbəb olduğundan bir müddət əvvəl 300-dək ümumi təhsil müəssisəsində telefon və digər ağıllı cihazlardan istifadəyə qadağa qoyuldu. Pilot tətbiq edilən "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əsasən, şagird məktəbə ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları gətirməməli və dərs zamanı istifadə etməməlidir. 

Layihə özünü doğrultduğundan qaydaların tətbiq edildiyi müəssisələrin sayının artırılması nəzərdə tutulur.

Bunu düzgün qərar kimi dəyərləndirən təhsil eksperti Elçin Əfəndi də “Azərbaycan müəllimi”nə müsahibəsində şagirdlərin telefonlardan istifadəsinin dərsin gedişatına mənfi təsir göstərdiyini təsdiqləyib: 

“Təəssüflər olsun ki, son zamanlar şagirdlərin istər smartfonlar, istərsə də digər ağıllı cihazlardan istifadə etməsi dərsin gedişatında müvafiq neqativ halların yaranmasına gətirib çıxarır. Şagirdin tədrisə mənfi təsir edən davranışı digər yoldaşlarının təhsil hüququnun pozulmasına səbəb olur. Əlbəttə, bunun qarşısının alınması üçün Elm və Təhsil Nazirliyi tərəfindən obyektiv addım atılmalı idi və atıldı da”.

O bildirib ki, telefonlardan istifadəsi ilə bağlı məhdudiyyət 300-dən çox məktəbə şamil edilir. 

Ekepert hesab edir ki, bu, ölkədəki 4400-dən çox ümumtəhsil müəssisəsinin hər birinə aid olmalıdır: “Belə bir qərar qəbul edildiyi zaman valideynlər də diqqətli olmalıdırlar. Valideynlərin əksəriyyəti övladlarına ən bahalı telefonları, planşetləri alıb verir. Şagird bunlardan istifadə etdiyi zaman onun dərsə marağı azalır, fikri tədris  prosesindən yayınır. Nəticədə əvvəlki dövrlərlə müqayisədə onların ümumi təhsil göstəricilərində daha aşağı nəticələr müşahidə olunur. Düzdür, məktəblilərin təxminən 30-35%-i ağıllı telefonlardan daimi şəkildə istifadə etmədiyindən onların nəticələri daha yuxarıdır. Bu cür şagirdlər istər fənn olimpiadalarında, istərsə də buraxılış imtahanlarında müsbət nəticələr əldə edirlər. Qalan faizi əhatə edən məktəblilərin isə təhsil göstəriciləri daha aşağıdır. Mənim fikrimcə, ETN-nin qəbul etdiyi qərara ictimaiyyət olaraq dəstək verməliyik”. 

E.Əfəndinin fikrincə, bundan sonra direktorlar, xüsusilə onların müavinləri, sinif rəhbərləri bu mövzuda daha həssas olmalıdırlar. Siniflərə daxil olan uşaqların üzərində telefonlar olmamalı, bu cihazlar şagirdlər məktəbə daxil olarkən onlardan götürülməlidir: “Təbii ki, belə olan halda şagirdlərin diqqət dağınıqlığının qarşısı alınacaq, onlar dərsə fokuslanacaq, təhsilverənlərin izah etdiyi mövzuları mənimsəyəcək, hər hansı sual yarandıqda qarşılıqlı fikir mübadiləsi aparacaqlar. Bununla da tədrisin keyfiyyəti artacaq. Mobil cihazlar şagirdlərin üzərində olduqda onların bütün diqqəti sosial şəbəkələrdə hansı paylaşımların olduğuna, valideynin zəng  edib-etməməsinə istiqamətlənir. Buna görə də məktəb telefonların yığımına nəzarət etməlidir. Telefonların itməməsi üçün məktəblərdə şagirdlər üçün dolabların ayrılması münasib olar”. 

O qeyd edib ki, bir valideyn olaraq övladını mobil cihazlardan uzaq tutmağa çalışır: “Hazırki mənzərəyə baxsaq görərik ki, mənim kimi düşünənlərin sayı azdır. Çox zaman valideynlər övladlarından nigaran qaldıqları üçün onların telefonlardan istifadəsinə icazə verir. Bu, özlüyündə şagirdin özünüinkişafına mənfi təsir göstərir, özünü tam tənzimləməsinə imkan vermir. Bununla da valideyndən asılılıq yaranır. Onun məntiqi nəticəsi olaraq, şagird hər hansı bir imtahan verərkən, özü ilə bağlı müvafiq qərarlar verərkən valideynin nəzarətini öz üzərində hiss etmək istəyir. Bu, şagirdin inkişafına mənfi təsir edən amillərdəndir. Buna görə də valideynlər qəbul olunan qərara hörmətlə yanaşmalı və dəstəkləməlidirlər. Ümumiyyətlə, telefonlardan müəyyən təhsil məqsədləri üçün istifadə oluna bilər. Müəllim onlayn dərs, yaxud hər hansı mövzunun izahı zamanı “YouTube” platformasından videogörüntüyə baxmağa icazə verə bilər. Bu da daha çox yuxarı yaş kateqoriyasında olan məktəbliləri əhatə etməlidir. Düşünürəm ki, aşağı yaşlı uşaqlarda buna yol vermək düzgün deyil. Xüsusi istifadə halları istisna olmaqla, mobil cihazlarla bağlı müəyyən məhdudiyyətlərin tətbiqinə yol verilməlidir”.

Elçin Əfəndinin sözlərinə görə, bəzi ölkələrdə bu kimi qaydalar insan hüquqların pozulması kimi dəyərləndirilsə də, bu, bütün ölkələri əhatə etmir: “Əsasən, Avropanın müxtəlif ölkələrində, ABŞ-nin bəzi ştatlarında belə qərarlar verilir. Məsələn, Şərqin ən inkişaf etmiş ölkələrində, xüsusilə Yaponiyada mobil telefonlardan istifadənin məhdudlaşdırılması, şagirdlərin dərsə yönəlməsi istiqamətində daha çox işlər görülür. Bu yaxınlarda Türkiyədə məktəblərdə telefondan istifadənin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olundu. Rusiyada da mobil cihazlardan istifadə ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq. Bəzi ölkələr qəbul edir ki, şagirdlər telefona daha çox meyil etdikdə onların təhsil göstəriciləri aşağı olur”. 

Xəbər lenti

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.