
“Sabahın alimləri” müsabiqəsinə qatılanların arasında qızların sayı ildən-ilə artır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin açılışında deyib.
Rektor bildirib ki, bu, qızların tədqiqat sahəsinə maraqlarının artması deməkdir və çox sevindirici haldır:
“Müsabiqəyə regionlarımızdan şagirdlər qatılır, onlar müəyyən mənada tələbə həyatı yaşayırlar. Müsabiqənin gedişatı boyunca layihələrin təqdimatı, əsaslandırılması şagirdlərin bilik və bacarıqların inkişafına xidmət edəcək”.
Elmar Qasımov müsabiqənin artıq 14 ildir ki, keçirilməsini üstünlük kimi qiymətləndirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər