Bütün xəbərlər
24 yanvar, 14:55

“Nümunəvi, normal hesab etdiyimiz ailələrimiz coxdur və onlar cəmiyyətimizin bəzəyini təşkil edirlər. Lakin elə ailələrimiz var ki, onlara əxlaqi-mənəvi cəhətdən, uşaqların tərbiyəsinin inkişaf etdirilməsi baxımından yardım göstərmək  lazımdır”.

Bunu “Azərbaycan müəllimi”nə pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov deyib.

Onun sözlərinə görə, cəmiyyətin gələcəyi olan uşaqların ümumi inkişaf istiqamətləri hər kəsə bəlli olmalı və onları düşündürməlidir. Eyni zamanda, həm məktəbin, həm də valideynin üzərinə düşən vəzifələr ayrılıqda və konkret şəkildə müəyyənləşdirilməlidir:

“Məktəbdə xoşagəlməz halların baş verməsi bu hadisədə cavabdehlik daşıyanın, başqa sözlə, günahkarın tapılıb cəzalandırılması ilə yekunlaşmır. Bir anlıq XIX əsrin sonu XX əsrin əvvəllərinə qədərki mollaxana, mədrəsə tədris mühitini xatırlayaq. Valideyn öz övladını mollaxanaya gətirər və “əti sənin, sümüyü mənim deyə” mollaya müraciət edir, övladını təhvil verib gedir. Göründüyü kimi, valideyn öz övladının təlim-tərbiyəsini, taleyini tamamilə mollaya həvalə edir və gözləntilərdə də mollanın məsuliyyəti aydın görünür. Bu, doğrudan da, belə olmalıdırmı? Məktəbdə oxuyan hər bir şagirdin bütün fəaliyyətlərinə yalnız məktəb, müəllim məsuliyyət daşımalıdırmı? Yaxud cəmiyyət öz övladlarının tərbiyəsində zəruri tələblərini yalnız məktəbin qarşısında qoymalıdırmı? Yoxsa orada ailənin də məsuliyyəti müəyyən olunmalıdır?”

Ə.Abbasov qeyd edib ki, uşaqların inkişafı prosesində məktəb və ailənin vəzifələri bazasında fəaliyyətlər iki istiqamətdə aparılmalıdır. Birinci, onlar başlıca olaraq bir-birinin fəaliyyət məqsədləri baxımından potensial imkanlarını öyrənib dəyərləndirməli və uşağın təhsili ilə bağlı qətiyyətli addım atmalıdırlar. İkincisi, uşağın təhsili ilə bağlı əldə olunmuş diaqnostik məlumatlara, məktəb və valideynin birgə fəaliyyətinə əsaslanan strategiya müəyyənləşdirilməlidir.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.