Bütün xəbərlər
22 yanvar, 16:32

Bu il Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1070 şagirdi Respublika fənn olimpiadalarının rayon (şəhər) turunda uğur qazanaraq növbəti mərhələyə adlayıb. Bu nailiyyətin ötən illə müqayisədə 36 faiz çox olması regionun təhsil mühitinin yüksəlişini göstərməklə yanaşı, gənc nəslin elmə, biliyə marağının artdığını göstərir.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin məlumatına görə, Mingəçevir üzrə 267, Ucar üzrə 108, Zərdab üzrə 101, Yevlax üzrə 126, Göyçay üzrə 127, Ağdaş üzrə 162, Kürdəmir rayonu üzrə isə 179 şagird olimpiadada uğurlu nəticə əldə edib. 

Bu bilik yarışında Mingəçevir məktəbləri daha fəal olub. Bölgə üzrə maksimal nəticə göstərənlərdən biri də elə Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Rüfət Məmmədovdur. 

O, həmçinin ötən ilin noyabr ayında keçirilən “BilBacar” müsabiqəsində region birinciliyini əldə edib. Rüfət gündəlik olaraq müxtəlif suallar işləmək və onlayn kurslara qoşulmaqla özünü inkişaf etdirdiyini, yarışlara sağlam özgüvənlə hazırlaşdığını bildirir. Əsas hədəfi olimpiadanın medalını qazanmaq və gələcəkdə beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməkdir.

Mingəçevir şəhərinin digər perspektivli məktəblilərindən biri Ruslan Muradov adına Texniki humanitar liseyin istedadlı şagirdi Cəbrayıl Namazlıdır. O, bizimlə söhbətində SAF 2024 festivalında qızıl, Respublika fənn olimpiadasında informatika fənni üzrə gümüş medal qazanıb. 

Gələcək planları barədə danışan Cəbrayıl bu il yenidən medal qazanmağı hədəflədiyini və yarışlara olduqca ciddi hazırlaşdığını qeyd etdi. Boş vaxtlarında idmanla məşğul olmağı sevən Cəbrayıl fiziki hazırlığın zehni fəallığa müsbət təsir etdiyini düşünür.

Ağdaşda yüksək bal sevincini bölüşdük

Region üzrə digər yüksək bal toplayanlar Ağdaş şəhəri B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri Məhəmməd Məmmədov və Sübhan Əhmədlidir. Onlar final mərhələsində də uğurlu nəticə göstərəcəklərinə inandıqlarını və bunun üçün böyük əzmlə çalışdıqlarını vurğulayırlar.

Məhəmməd Məmmədov informatika fənnini çox sevdiyini və gələcəkdə informasiya texnologiyaları (İT) mütəxəssisi olmaq arzusunda olduğunu deyir. Bu sahəyə olan dərin marağı onu müxtəlif praktiki layihələrə qoşulmağa həvəsləndirir. Eyni zamanda o, Ağdaş İdman Kompleksində üzgüçülüklə məşğul olur və idmanın zehni inkişafla yanaşı aparılmasını tövsiyə edir. Onun əsas hədəflərindən biri Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaqdır.

Sübhan Əhmədli isə kibertəhlükəsizlik sahəsinə maraq göstərir və gələcəkdə bu istiqamət üzrə mütəxəssis olmaq istədiyini bildirir. O, informatika sahəsindəki biliklərini daha da genişləndirmək, yeni texnologiyaları mənimsəmək üçün müxtəlif onlayn kurslara qatılır və beynəlxalq platformalar vasitəsilə bacarıqlarını inkişaf etdirir. Sübhan İT-nin müxtəlif istiqamətlərində uğur əldə etmək üçün komandada işləmə və tədqiqat aparma bacarıqlarının vacib olduğunu düşünür.

Olimpiadada diqqətçəkən məktəblilərdən biri Ucar şagird olub. Tarix fənni üzrə maksimal bal toplayan Ucar rayonu Qaracallı kənd 2 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi Nəzrin Saadova yüksək nəticə göstərərək biliklərinin dərinliyini sübut edib. 

Onun bu uğuru rayonun ümumi təhsil müəssisələrində aparılan səmərəli hazırlığın və müəllimlərin diqqətinin bariz göstəricisidir.

Şərhlər

Xəbər lenti

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

2 iyul, 11:28

Musiqi ilə özünü ifadə edən istedad – Pianoçunun uğur yolu

2 iyul, 10:58

TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb

2 iyul, 10:53

Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

2 iyul, 10:25

Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

2 iyul, 10:16

Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb

2 iyul, 10:13

NDU-nun 240 nəfərlik professor-müəllim və tələbə heyəti təcrübədə iştirak edəcək

2 iyul, 10:02

Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır

2 iyul, 09:59

Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib

2 iyul, 09:53

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub

2 iyul, 09:53

Yeniyetmələrin psixoloji distres səviyyəsinin ölçülməsi ilə bağlı tədqiqat aparılıb

2 iyul, 09:47

Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.