
Aprelin 9-da gənclər və idman naziri Fərid Qayıbov Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə görüş keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdən öncə Mərkəzin direktoru Qalib Nəbiyev gənclər və idman nazirini burada yaradılmış mövcud şəraitlə tanış edib.
Görüş zamanı nazir gənclərlə səmimi söhbət apararaq, onları peşəkar biliklərlə yanaşı, sağlam həyat tərzinə üstünlük verməyə çağırıb.
Tələbələrin maraq və ehtiyacları, təhsil aldıqları sahələr üzrə gələcək planları ilə maraqlanan nazir onların suallarını cavablandırıb, fikir və təkliflərini dinləyib.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər