Bütün xəbərlər
24 aprel, 15:26

Dövlət İmtahan Mərkəzi  mayın 4-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Mayın 4-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Şərhlər

Xəbər lenti

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

17 iyul, 10:27

Növrəslilər nəslinin uğurlu davamçısı: Kiçik Nailənin böyük səhnəsi

17 iyul, 09:49

AzTU-da “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” adlı seminar keçirilib

17 iyul, 09:39

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

17 iyul, 09:35

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

17 iyul, 09:34

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.