Bütün xəbərlər
9 aprel, 11:56

“Biz əminik ki, Qərbi Azərbaycana qayıdacağıq. Bizim düşmənlərimiz hələ də var, onların hələ də torpaqlarımızda gözləri var, çünki bizim torpaqlarımız qiymətlidir, gözəldir. Təbii sərvətlərimiz var, bunları qorumaq üçün güclü və bilikli olmaq lazımdır”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, 20-ci əsrdə azərbaycanlılar Qərbi Azərbaycandan 4 dəfə deportasiya olunublar. Ən sonuncu deportasiya 20-ci əsrin sonunda olub ki, həmin zaman da 300 mindən çox azərbaycanlı öz torpağından qovulub, 216 nəfər qətlə yetirilib: “SSRİ dağıldıqda isə ermənilər yaranmış vəziyyətdən istifadə edərək torpaqlarımızı zəbt ediblər. Ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yarandı. Onların vaxtından tez ağaran saçları, üzlərindəki kədər hələ də qalıb. Çadır şəhərciklərində 100 mindən çox azərbaycanlı məskunlaşmışdı. Amma bunların hamısına dözmüşük! Ulu Öndər Heydər Əliyev hər dəfə çadır şəhərciyində köçkünlərlə görüşəndə onda necə hisslər yaranırdı! Amma nikbin idi. Ölkə rəhbərinin uzaqgörən siyasəti, güclü ordumuz sayəsində torpaqlarımızı azad etdik. Bu gün köçkünlər torpaqlarına qayıdırlar. Amma bizim əsas arzumuz Qərbi Azərbaycana qayıtmaqdır”. 

Nazir müavini əlavə edib ki, 2021-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması böyük nailiyyət idi. Bu icma qısa müddətdə böyük işlərə imza atdı: “Dünya ölkələrinə bu icma vasitəsilə mesajlar verildi ki, tarixi torpaqlarımızda min illərlə soydaşlarımız yaşayıblar. Ermənilər oradakı abidələrimizə, məzar daşlarına zərər vurublar”. 

F.Qurbanov nəzərə çatdırıb ki, tədris prosesində təhsilalanlara Qərbi Azərbaycan haqqında məlumatlar çatdırılır. Bununla yanaşı, Qərbi Azərbaycan mövzusunda tədbirlər, olimpiada keçirilir: “Biz tariximizi, mədəniyyətimizi bilməliyik. Vətənpərvər olmaq üçün həm də bunları bilmək lazımdır”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.