Gələn ilin dövlət büdcəsində elm və təhsil sahəsi üzrə xərclərin miqdarı məlum olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanunda öz əksini tapıb.
Belə ki, elm sahəsi üzrə xərclər 239 213 243,0 manat, təhsil sahəsi üzrə isə 4 937 283 246,0 manat təşkil edir.
Məktəbəqədər təhsil üzrə xərclər 467 441 987,0 manat, ümumi təhsil üzrə 2 347 506 880,0 manat, peşə təhsili üzrə 82 228 666,0 manat, orta ixtisas təhsili üzrə 104 858 142,0 manat, ali təhsil üzrə 180 731 136,0 manat, əlavə təhsil üzrə 20 830 788,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlar üzrə 7 493 152,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 1 726 192 495,0 manatdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)