Bütün xəbərlər
13 fevral, 18:43

Elmin sərhədsiz imkanları ekoloji problemlərə innovativ həll yolları tapmaqda əsas rol oynayır. Xüsusilə gənclərin elmə marağı və kiçik, lakin perspektivli layihələrə qoşulması bu prosesin vacib hissəsidir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə Şəki şəhər 6 və 18 nömrəli tam orta məktəblərinin şağirdləri bu il "Sabahın alimləri" müsabiqəsinə "Sellüloza üçün yeni həyat" adlı yenilikçi layihə ilə qatılıblar. Onların məqsədi mebel istehsalında dəyərsiz sayılıb yandırılan ağac yonqarlarını səmərəli şəkildə təkrar emal edərək ekoloji və iqtisadi baxımdan faydalı bir nəticə əldə etməkdir.

Layihənin mahiyyəti: tullantılardan səmərəli istifadə

Şəki şəhər 6 və 18 nömrəli tam orta məktəblərinin kimya müəllimi Samirə Allahverdiyeva uzun illərdir ki, şağirdlərin elmə marağını artırmaq və onları beynəlxalq müsabiqələrə hazırlamaq istiqamətində çalışır. Bu il Samirə müəllim iki fərqli məktəbin şağirdlərini bir komanda şəklində bir araya gətirərək "Sellüloza üçün yeni həyat" adlı layihəni işləyib. Bu təşəbbüs mebel sexlərində yandırılan ağac yonqarlarını toplayıb təkrar emal etməyi nəzərdə tutur. Məqsəd ekoloji problemlərin azaldılması və iqtisadi dəyər yaradacaq yeni istifadə sahələrinin açılmasıdır.

Layihədə iştirak edən şagirdlər kimya elminin yalnız nəzəri biliklərdən ibarət olmadığını, real problemlərin həllində mühüm rol oynadığını öyrəniblər. 6 nömrəli məktəbin 10-cu sinif şagirdi Sədaqət Yusifova kimyaya olan marağının uşaqlıqdan başladığını və gələcəkdə həkim olmağı planlaşdırdığını bildirir. 18 nömrəli məktəbin 11-ci sinif şagirdi Sadiq Allahverdiyev isə texnologiya sahəsində təhsilini Almaniyada davam etdirmək niyyətində olduğunu və bu layihənin dünya səviyyəsində genişləndirilə biləcəyini vurğulayır. Onların fikrincə, layihə təkcə bilik qazandırmaqla yanaşı, həm də praktiki təcrübə əldə etmək üçün mühüm imkan yaradır.

Hazırlıq prosesi

Komanda oktyabr ayından başlayaraq həm nəzəri, həm də praktiki tədqiqatlar aparır. Mebel tullantılarının toplanması, onların tərkibinin öyrənilməsi və emal üsullarının sınaqdan keçirilməsi əsas fəaliyyət istiqamətləridir. “Sabahın alimləri” müsabiqəsində uğur qazanmağın vacib şərtlərindən biri də təqdimat bacarığıdır. Samirə müəllim bu barədə deyir:

“Elmi araşdırma nə qədər yaxşı olsa da, onun təqdimatını doğru şəkildə qurmaq əsasdır. Şagirdlərimə öyrədirəm ki, münsiflərin diqqətini cəlb etmək üçün işi sadə dildə, lakin elmi əsaslarla izah etmək lazımdır. Bu bacarıqlar gələcəkdə onların peşə fəaliyyətində də çox faydalı olacaq”.

“Sellüloza üçün yeni həyat” layihəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin iki fərqli məktəbindən olan şagirdlərin bir araya gəlməsinin ən bariz nümunəsidir. Onların hədəfi yalnız qələbə qazanmaq deyil, eyni zamanda real ekoloji və sosial problemlərə praktiki həll yolları təklif etməkdir. 

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin şağirdləri tərəfindən hazırlanan 8 innovativ layihə "Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin finalına vəsiqə qazanıb.

1 /2

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.