Bütün xəbərlər
31 yanvar, 17:44

Gənclər cəmiyyətin dinamik gücü, yeniliklərin daşıyıcısı və gələcəyin qurucularıdır. 

Azərbaycanda Gənclər Günü 1997-ci il fevralın 2-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən təsis edilib. Bu əlamətdar gün ölkəmizdə gənclərin elm, təhsil, mədəniyyət, idman və digər sahələrdəki fəaliyyətinə verilən dəyərin bariz nümunəsidir. 

Hər sahədə olduğu kimi təhsil sahəsində də gənclərin fəaliyyətləri daim qiymətləndirilir. Gənc müəllimlər bilik və dəyərləri gələcək nəsillərə ötürərək təhsilin inkişafında mühüm rol oynayan əsas şəxslərdir.

Mədəniyyət və dəyərlər bir millətin kimliyini şəkilləndirən ən vacib amillərdəndir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması işində təhsil sistemi və onun aparıcı fıqurları olan müəllimlər çox vacib rol oynayırlar. Xüsusilə gənc müəllimlərin bu istiqamətdəki rolu daha çox diqqət çəkən məsələlərdəndir. Onlar yeniliklərə çevik adaptasiya ola bilər və dəyərlərin daha effektiv yollarla şagirdlərə aşılanmasına kömək edə bilərlər.

Milli-mənəvi dəyərlərin ötürülməsi prosesi təkcə bilik verməklə məhdudlaşmır. Bu, eyni zamanda gənc nəslə mənəvi irs haqqında dərindən düşünməyi, milli kimliyini dərk etməyi və ona sahib çıxmağı öyrətmək deməkdir. Bu vəzifənin yerinə yetirilməsində müəllimlər təkcə dərs proqramlarını deyil, eyni zamanda məktəbdənkənar fəaliyyətləri də bu məqsədə uyğun təşkil etməlidirlər.

Milli-mənəvi dəyərlər gələcək nəsillərin milli kimliyinin qorunmasına, onlarda vətənpərvərlik hissinin formalaşmasına və cəmiyyətə yararlı vətəndaşlar kimi yetişməsinə təsir edən əsas amillərdəndir. Müəllimlər bu dəyərləri dərslərinə daxil etməklə, şagirdlərin fəaliyyətlərinə istiqamətləndirməklə və şagirdləri təşviq etməklə bu prosesi sürətləndirə bilərlər.

Gənc müəllimlər çağdaş yanaşmaları tətbiq edərək, müasir pedaqoji metodlardan istifadə edərək, milli-mənəvi dəyərləri daha maraqlı məzmunda şagirdlərə ötürə bilərlər. Dəyərlər yalnız tarix və ədəbiyyat dərslərində deyil, riyaziyyat, fizika və digər fənnlərdə də inteqrativ yanaşmalarla tədris edilə bilər. Bəzi yanaşmalara nəzər salaq:

• Müasir vəsaitlərdən yararlanmaq - Gənc müəllimlər informasiya texnologiyalarına yaxından bələd olduqları üçün milli-mənəvi dəyərlərin aşılanmasında yeni yanaşma metodlarından istifadə edə bilər. Onlar rəqəmsal resurslardan, interaktiv dərsliklərdən və multimedia materiallarından istifadə edərək, şagirdlərin marağını artıraraq dəyərləri daha effektiv şəkildə çatdırmaq imkanı əldə edirlər.

• Tənqidi düşüncəni təşviq etmək - Onlar tənqidi düşüncəni formalaşdıraraq şagirdlərin tarixi dəyərlərə daha müsbət və ağıllı yanaşmasına kömək edə bilər. Gənc müəllimlər şagirdlərə yalnız tarixi hadisələri əzbərlətməklə kifayətlənməməli, eyni zamanda bu hadisələrin əhəmiyyəti haqqında tənqidi düşünməyə təşviq etməlidirlər.

• Motivasiya və rol model olmaq - Gənc müəllimlər şagirdlər üçün ilham mənbəyi ola bilər və onlara milli-mənəvi dəyərlərin gündəlik həyatda istifadəsini göstərə bilər. Onlar öz davranışları, həyat tərzləri və sosial fəaliyyətləri ilə şagirdlər üçün nümunə olmalıdırlar.

• İnteqrativ yanaşma və fənlərarası əlaqə - Milli-mənəvi dəyərlərin təkcə humanitar fənlərlə məhdudlaşmadığını, təbiət və texnologiya fənlərində də yer ala biləcəyini göstərmək gənc müəllimlərin vəzifəsidir. Tarix, coğrafiya, informatika kimi fənlərlə paralel olaraq müasir texnologiyaların bu dəyərlərin qorunmasına necə töhfə verdiyini izah etmək mümkündür.

Müəllimlər həmçinin cəmiyyətin maarifləndirici qüvvəsi kimi ana dilinin təbliğində mühüm rol oynayırlar. Onlar yalnız dili öyrətmir, eyni zamanda gözəlliyini və tarixi dəyərini aşılamaqla milli kimlik şüurunu formalaşdırırlar. Dərs prosesində müəllimlər ana dilinin səlis istifadəsi imkanı ilə yanaşı, şagirdləri birlikdə ədəbi nümunələrlə tanış edir, mütaliə və yaradıcılığa həvəsləndirirlər. Bu təbliğat yalnız sinif otaqları ilə məhdudlaşmamalı, məktəbdənkənar mühitlərdə də davam etdirilməlidir. Bu baxımdan müəllimlərin məktəbdəxili və məktəbdənkənar fəaliyyətləri sosial şəbəkələrdə və media platformalarında dilin populyarlaşmasına və gələcək nəsillər vasitəsilə sevə-sevə öyrənilməsinə böyük təsir göstərir.

Beləliklə, gənc müəllimlər yalnız bilik ötürən deyil, həm də milli dəyərləri qoruyub gələcək nəsillərə ötürən bir bələdçi kimi fəaliyyət göstərməlidirlər. Onların fəaliyyəti milli-mənəvi dəyərlərin yaşamasını və inkişaf etməsini təmin edən əsas faktorlardan biridir.

Pərvinə Qədimova, 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.