
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vakansiyaları üzrə işə qəbul elan edilib.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, vakansiyalar üzrə müraciət etmək istəyən namizədlər qeydiyyatdan (https://docs.google.com/forms/d/1iSqre4aybcwYtH4UCR4DzLE9YpOR59LTEXUyzMRbRxA/edit) keçə bilərlər.
Qeydiyyat üçün son tarix 24 fevraldır.
Vakansiyalara 2022-2023-cü tədris illərində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və müvafiq keçid balını toplayan namizədlər müraciət edə bilərlər.
Müraciət edən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq. Namizədlər yalnız 1 vakant yer seçə bilərlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər