Bütün xəbərlər
15 sentyabr, 15:54

Sentyabrın 15-də “Bilik günü”ndə Göyçay rayonu Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Sabir Hacıyev, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev, Göyçay Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər məktəblərin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, müasir tələblərə uyğun inşa edilən bu məktəb binalarında tədrisin yüksək səviyyədə təşkili üçün zəruri şərait yaradılıb.

Məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar, sinif otaqlarına, fənn kabinetlərinə, idman və akt zalına baxış keçiriblər.

1 /9

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, alman dili hazırlıq, imtahan mərkəzi, Tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.