Bütün xəbərlər
15 sentyabr, 16:56

“3 kolleci, 2 tədqiqat institutu, 1 rəsədxanası, mərkəzləri ilə müasir tipli və çoxprofilli təhsil sisteminə malik Naxçıvan Dövlət Universiteti uğurları ilə daim seçilir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində (NDU) 15 sentyabr “Bilik günü” ilə bağlı keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev deyib.

Rektor ali təhsil ocağının genişmiqyaslı imkanlarından danışıb: “Bu il bakalavr üzrə 1764, magistratura üzrə isə 208 tələbə universitetə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb, yüksəkballı qəbul sayı 4 dəfə artaraq 41-dən 152 nəfərə çatıb. Qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşünaslıq”, “Tibb”, “Kompüter mühəndisliyi” və digər ixtisaslarında təhsil almaq imkanı əldə ediblər. NDU  “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə ən yüksək keçid balına malik universitetlər sırasında ilk sırada qərarlaşıb. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında  NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr var. IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 nəfər NDU-nu  seçib ki, nəticədə plan yerləri 100 faiz dolaraq universitet tarixində rekord göstərici olub”.

Həmçinin ölkə universitetləri arasında ilk dəfə NDU-da yaradılan “Tibb” ixtisası üzrə SABAH qruplarının yeni tədris ilindən ingilis dilində də aparılacağını əlavə edən rektor növbəti yeniliklərdən bəhs edib. Universitet nəzdində ingilisdilli bağça, alman dili hazırlıq və imtahan mərkəzi, tibb kampusunun planlaşdırılan layihələr sırasında olduğunu vurğulayıb.

1 /2

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.