Bütün xəbərlər
19 iyun, 10:06

İyunun 18-dən keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək nəticə toplayanlar arasında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki orta məktəblərin müəllimləri də var.

"Azərbaycan müəllimi" onların bir neçəsi ilə həmsöhbət olub.

Əvvəlcə imtahandan 56 bal toplayan Nilufər Məmmədli öz həyəcanını bizimlə bölüşür. Nilufər müəllim ilk dəfədir ki,  sertifikatlaşdırma imtahanında iştirak edir. O, Ağcabədi şəhəri 7 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir: “İmtahanda nəticəm yüksək oldu. amma daha da yüksək ola bilərdi. Həyəcandan bir az diqqətsizlik etdim. Təcrübə toplamış oldum, belə deyək. Sertifikatlaşdırmanın müsbət cəhətləri çoxdur. Ən əsası, hər bir müəllim öz üzərində işləyir, inkişaf edir. İxtisas üzrə mövzulara hazırlaşmadım, lakin kurikulumdan eyni sözü deyə bilmirəm. Düşünürəm ki, müəllim hər zaman özünü inkişafa, yeniliklərə açıq olmalıdır".

Növbəti yüksək nəticə Bərdə şəhərində imtahan verən Nurlanə Hüseynovaya aiddir. O, 2021-2024-cü illərdə Laçın rayonunun 24 nömrəli ümumi orta məktəbində dərs deyib. 2024-cü ildən isə Xocalı rayonunun 1 nömrəli tam orta məktəbində riyaziyyat fənnini tədris edir. 

"İlk dəfədir ki, sertifikatlaşdırma  imtahanında iştirak edirəm. 50 ixtisas sualınının 47-nə və kurikulumdan 6 suala doğru cavab yazaraq 53 bal topladım. Suallarda o qədər də çətinliyim olmadı. Daha yüksək bal toplaya bilməməyimə səbəb vaxtı düzgün bölməməyimdir. Yəni daha sürətli şəkildə işləmək olardı".

Hazırda Füzuli rayonu Araz Dilağarda kənd tam məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Hicran Əzimova imtahandan 52 bal toplayıb. O da ilk dəfədir ki, sertifikatlaşdırmada iştirak edir. 

"İmtahan həyəcanımı və nəticəmə görə sevincimi yəqin gəlişimdən də gördünüz. Hazırlıq təkcə sertifikatlaşdırma üçün deyil, hər vaxt lazımdır. Sualların arasında asan da, çətin də olanı vardı. Nəticəmə gəldikdə isə bəli, bu nəticəni gözləyirdim, gözlədiyim kimi də oldu".

Qeyd edək ki, bu region üzrə imtahanlar Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli və Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahanlarında mərkəzlər üzrə ümumilikdə 131 təhsilverən iştirak edib. 

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, alman dili hazırlıq, imtahan mərkəzi, Tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.