Bütün xəbərlər
24 iyun, 17:45

Bugünkü sertifikatlaşdırma imtahanında Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva 60 bal toplayaraq özünü peşəkar müəllim kimi bir daha sübut edib.

“Azərbaycan müəllimi” onunla bu uğura gedən yolu, müəllimlik fəlsəfəsini və qarşıya qoyduğu məqsədləri müzakirə edib.

"Səhvlərimi mütləq qeyd edir, həmin mövzulara yenidən qayıdırdım” 

Söhbətimizə imtahana hazırlıqla bağlı başlayırıq. Bu mərhələyə necə yanaşdığını, hansı resurslardan istifadə etdiyini soruşuruq:
“İmtahana hazırlaşmaq üçün çoxlu testlər işləyirdim. Səhvlərimi mütləq qeyd edir, həmin mövzulara yenidən qayıdırdım. Əsas məqsədim biliklərimi sistemləşdirmək və möhkəmləndirmək idi. Dərsliklə yanaşı, bir çox vəsaitlərdən, eləcə də internet resurslarından istifadə etdim. Xüsusilə son bir il ərzində həm fənn üzrə, həm də kurikulum üzrə hazırlıqlarımı dayandırmadım”.

“İxtisas sualları rahat idi”

Nərgiz Əliyeva etiraf edir ki, ixtisas sualları onun üçün çətin olmayıb. Lakin kurikulum hissəsi müəyyən çətinliklər yaradıb:
“60 bal toplayacağımı gözləmirdim. Düşünürdüm ki, kurikulum hissəsində səhvim olacaq. Amma gözlədiyim kimi olmadı. Özüm də nəticəmə bir az təəccübləndim”.

“Bu proses müəllimləri inkişaf etdirir”

Sertifikatlaşdırma imtahanlarının müəllimlərə təsiri barədə fikrini belə ifadə edir:

“Bu proses müəllimlərin inkişafına, sözün əsl mənasında, müsbət təsir edir. Sertifikatlaşdırma başlayandan sonra artıq hər kəs öz üzərində daha çox işləməyə başlayıb. Məncə, bu, təkcə bal toplamaq üçün yox, ümumi təhsil keyfiyyətinin artması üçün vacib addımdır”.

“Hədəfim dövlətimə layiqli övladlar yetişdirməkdir”

Peşəsinə ürəkdən bağlı olan bu müəllimin ən böyük hədəfi təkcə şəxsi uğurlar deyil, həm də Vətənə töhfə verən gənclər yetişdirməkdir:

“Hədəfim daha layiqli, savadlı, vətənpərvər övladlar yetişdirməkdir. Müəllim hər gün dərsinə hazır olmalıdır. Təkcə kitabla kifayətlənmək olmaz. Mövzunu dərindən öyrənmək, əlavə mənbələrdən istifadə etmək və daim araşdırma aparmaq lazımdır”.

“Enerji və motivasiya olmadan nəticə mümkün deyil”

Nərgiz xanım müəllimlikdə uğurun sirrini sadə, amma təsirli şəkildə ifadə edir:

“Müəllimin uşaqlarla yüksək enerji ilə işləməlidir. Müəllim istedadlı, bilikli ola bilər, amma əgər bu bilikləri sevgi və enerji ilə paylaşmırsa, nəticə alınmır. Buna görə də enerji vacibdir”.

“Biologiyanı uşaqlara həyatla əlaqəli şəkildə öyrədirəm”

Biologiyanın daha maraqlı və əyani şəkildə tədrisi üçün texnologiyadan da faydalanır:

“Biologiya həyatla birbaşa əlaqəli bir fəndir. Məktəbin əyani vəsaitlərindən istifadə edirəm. Şagirdlərimə evdə insan anatomiyasını 3D formatında öyrənməyə imkan verən proqramlardan istifadə etməyi tövsiyə edirəm. Onlar evdə baxır, dərsi daha yaxşı qavrayırlar”.

Nərgiz müəllim onu ruhlandıran səbəblərdən də danışır:

“Məni ən çox məsuliyyətli və öyrənməyi sevən, hər bir incəliyi dərk etməyə çalışan şagirdlər motivasiya edir. Onların verdiyi enerji və öyrənməyə olan marağı məni daha çox öyrənməyə sövq edir”.

Şərhlər

Xəbər lenti

20 avqust, 17:47

PIRLS tədqiqatına hazırlıqlar davam edir

20 avqust, 17:20

Onlar ali məktəbə imtahansız qəbul oldular

20 avqust, 17:09

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayır

20 avqust, 17:04

NDU-nun startap komandaları ölkəmizi Türkiyənin Bilişim Vadisində təmsil edəcək

20 avqust, 16:32

“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.