Bütün xəbərlər
4 aprel, 14:41

Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli İnternat tipli texniki və təbiət fənləri təmayüllü liseyin 9-cu sinif şagirdi Selcan Süleymanzadə “Sabahın alimləri” müsabiqəsində “Kimya” kateqoriyası üzrə təqdim etdiyi “Plastik tullantıların nanokatalizatorlar vasitəsilə təkrar emalı” layihəsi ilə 3-cü yerin qalibi olub.

“Məqsədim təhsilimi yüksək səviyyədə davam etdirmək, dövlətimizin xaricdə təhsil proqramına qoşulmaq, kimya və biologiya üzrə biliklərimi daha da genişləndirməkdir”, – deyə Selcan “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib.

O qeyd edib ki, “Plastik tullantıların nanokatalizatorlar vasitəsilə təkrar emalı” adlı layihənin əsas hədəfi plastik tullantıların təbii şəraitdə min illərlə sürən parçalanma prosesinə alternativ yanaşma ortaya qoymaqdır. 

Selcanın sözlərinə görə, plastik tullantıların ekoloji fəsadlarını azaltmaq üçün onların sürətli və səmərəli emal üsullarının tapılması vacibdir. Bu məqsədlə o, nanokatalizatorlar vasitəsilə polimer tullantıların parçalanmasını sürətləndirməyi, eləcə də yenidən istifadə oluna bilən faydalı maddələr əldə etməyi qarşısına məqsəd qoyub.

Layihənin icrası zamanı aparılan tədqiqatlar göstərir ki, PET, polietilen, polipropilen kimi müxtəlif növ plastiklər inert qaz mühitində, müəyyən temperatur və vaxt çərçivəsində yüksək çevrilmə dərəcəsi ilə emal oluna bilər. Eyni zamanda, katalizatorların təkrar istifadə üçün əlverişli qalması prosesin rentabelliyini artırır.

Layihənin elmi rəhbəri, kimya müəllimi Gülnar Kərimli Selcanın elmi-tədqiqat fəaliyyətində yüksək potensiala sahib olduğunu vurğulayır:

“Şagirdimiz layihə müddətində ardıcıl şəkildə tədqiqat metodlarını öyrənib, laborator analizlər aparıb və ortaya ciddi nəticələr qoyub. Onun bu istedadı kimya və biologiya sahəsində daha dərin araşdırmalar aparmasına imkan verəcək”.

Selcan qeyd edir ki, biologiya fənni üzrə builki Respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanıb və qalib olmaq üçün var gücü ilə çalışır. O, həmçinin 2023-cü ildə “Kenquru (KGL)” ingilis dili olimpiadasında iştirak edərək B1 səviyyəsi üzrə rəsmi sertifikat əldə edib, Fərqli layihələrə qatılmağı sevən Selcan 2023-cü ildə keçirilmiş “Korrupsiyaya yox deyək” adlı rəsm müsabiqəsinin də qalibidir. O, gələcək planlarından  danışarkən ali təhsili xaricdə davam etdirmək və kimya-biologiya sahəsində  biliklərini dərinləşdirərək daha böyük nailiyyətlər qazanmaq istədiyini açıqlayıb.

Selcan “Sabahın alimləri”ndə qazandığı təcrübənin onun elmi araşdırmalara olan marağını daha da artırdığını qeyd edir. 

1 /5

Şərhlər

Xəbər lenti

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 19:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.