Bütün xəbərlər
4 fevral, 14:48

Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular “Gənc əsgərlərin hazırlığı” proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.

İntellektual qabiliyyətli bölmələrdə cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub.

Hazırda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmət keçən, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici təhsil müəssisələrində təhsil almış hərbi qulluqçuların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların ailə üzvlərindən 28.02.2025-ci il tarixədək aşağıda qeyd olunan məlumatları intel_unit@mmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur:

- çağırışçının adı, soyadı və ata adı;
- çağırış rübü və ili (çağırıldığı tarix);
- Xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.

Qeyd: Növbəti çağırışlarda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə başlayacaq, yuxarıda qeyd olunan kateqoriyaya aid olan çağırışçıların intellektual bölmələrdə xidmət etmələrinin təmin edilməsi məqsədilə müvafiq məlumatların onların ailə üzvləri tərəfindən çağırış ayının əvvəlindən növbəti ayın sonunadək intel_unit@mmu.edu.az elektron ünvanına göndərilməsi xahiş olunur.

Şərhlər

Xəbər lenti

14 mart, 11:40

Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı artıb - HESABAT

14 mart, 11:35

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

14 mart, 11:35

Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

14 mart, 11:20

Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

14 mart, 11:10

11 mindən çox bağça müəllimi diaqnostik qiymətləndirmədən keçib

14 mart, 11:04

Bağçalara 78 müdir və 416 tərbiyəçi-müəllim müsabiqə ilə işə qəbul edilib

14 mart, 11:00

Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT

14 mart, 10:58

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14 mart, 10:58

Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

14 mart, 10:55

Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

14 mart, 10:45

Universitetlərə qəbulun ikinci mərhələsi üçün sınaq imtahanı keçiriləcək

14 mart, 10:36

Kornel metodu öyrənməyi öyrədir

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.