Bütün xəbərlər
15 may, 12:19

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin ictimai və sosial həyatında bir sıra mühüm və uğurlu layihələr həyata keçirilib. Bu layihələr Azərbaycanın sosial-iqtisadi inkişafına və cəmiyyətimizin rifahına əhəmiyyətli töhfələr verib. Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu "Zəkaların mübarizəsi" olimpiadasının final mərhələsində açılış nitqi ilə çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev deyib.

O bildirib ki, Fond təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində, hətta ən ucqar kəndlərində belə yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir. Bu proqramların başlıca məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir:

“Fondun elm və təhsillə bağlı layihələri təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da həyata keçirilir. Məsələn, ötən ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Afrika qitəsində, Ruandanın paytaxtı Kiqali şəhəri yaxınlığında yerləşən bir məktəbə dəstək göstərildi. Həmin məktəbdə oxuyan şagirdlərə müxtəlif məktəb ləvazimatları təqdim olundu, məktəb ilk dəfə olaraq internetə çıxışla təmin edildi və müasir texnologiyalar üzrə biliklərin artırılması istiqamətində tədbirlər görüldü. Bu, Fondun beynəlxalq humanitar missiyasının uğurlu nümunələrindən biridir”.

O əlavə edib ki, Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Zəkaların mübarizəsi" layihəsi də xüsusi qeyd olunmalıdır. Bu layihə çərçivəsində bilik və şahmat üzrə müsabiqələr təşkil olunub, onların regional və respublika mərhələləri uğurla başa çatıb. Mart və aprel aylarında keçirilmiş seçim turlarından sonra bu gün final mərhələsi baş tutur:

“Sözügedən tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib”.

O sonda əlavə edib ki, bu kimi təşəbbüslər ölkəmizin gələcəyinə, gənc nəslin inkişafına və intellektual potensialın artırılmasına mühüm töhfələr verir.

Şərhlər

Xəbər lenti

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.