
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif maraq dairələrinə uyğun əyləncə zonaları yaradılıb.
Festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. Onlar üçün xüsusi zonada hədiyyəli və əyləncəli proqram təqdim olunub.
Paytaxt sakinləri və şəhərin qonaqlarının böyük marağına səbəb olan festivalda uşaqların səmərəli vaxt keçirməsi üçün hər cür şərait yaradılıb.
Heydər Əliyev Mərkəzinin parkında mövzular və əyləncə növləri üzrə yaradılan zonalarda maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.
Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları keçirilib, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirib, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olub, viktorinalar təşkil edilib.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər