Bütün xəbərlər
19 fevral, 17:04

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi Gəncədə gənc alim, müəllim və tələbələr üçün yaradıcılıq və texnoloji inkişaf mərkəzinə çevrilib. Mərkəz yalnız müasir texnologiyaların tətbiqini deyil, həm də ekoloji problemlərin həllinə yönəlmiş layihələri dəstəkləyir. 

“Azərbaycan müəllimi” İnnovasiya Mərkəzinin işi ilə yaxından tanış olub. 

İnnovasiya Mərkəzinin klubları və inkişaf proqramları

Mərkəzin “Yaşıl enerji”, “Yaşıl qida”, “İnno eko” kimi klubları tələbələrin ekoloji və texnoloji sahələr üzrə biliklərini artırır. Mərkəzin digər tərəfdaş klubları - “Cyber Team”, “Game Development” və “Mühəndis proqramçılar” isə rəqəmsal texnologiyalar və proqramlaşdırma sahəsində innovativ yanaşmaları önə çıxarır. Tələbələr bu klublarda real layihələr üzərində işləyərək həm öz biliklərini dərinləşdirir, həm də yeni həllərin hazırlanmasına töhfə verirlər.

Gənclərin gələcəyinə işıq salan startaplar 

Son illərdə İnnovasiya Mərkəzində startap və qrant layihələri vasitəsilə bir çox gənclər öz ideyalarını real biznes layihələrinə çeviriblər. Mərkəzdə hazırlanan layihələr arasında “Flashmentor”, “Laser Eye – Minaxtaran dron”, “Fastgro” və “Ecovelocoin” kimi nümunələr yer alır. Mərkəzin digər təşəbbüsləri arasında “InnoWAYIX”, “Park Lama”, “Innohelp”, “PAPER2TREE”, “Alpha Soldier”, “ETCB”, kənd təsərrüfatı robotu, “GreenLand Coin” və “Safe Drive – Thermal Robotics Firefighter” layihələri də diqqəti cəlb edir.

Mərkəzin təşkil etdiyi “Gənc innovatorlar” startap müsabiqəsində 56 tələbədən ibarət komandalar müxtəlif sahələr üzrə 28 layihəni təqdim edib. "GreenTech" Festivalı çərçivəsində 17 universitetdən 200-dən çox tələbə beş kateqoriyada yarışaraq öz yaradıcı təşəbbüsünün nəticəsini təqdim edib. Həmçinin könüllülərdən ibarət  iki  komanda Gənclər Fondunun keçirdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olub. Bu tədbirlər tələbələrin öz potensiallarını həm yerli, həm də beynəlxalq arenada nümayiş etdirməsinə geniş imkan yaradır. 

“GreenBoom” layihəsi: ekoloji bərpanın yeni üfüqləri

İnnovasiya Mərkəzinin könüllüsü, “GreenBoom” layihəsinin müəlliflərindən olan Məlahət Həsənova deyir ki, layihə bitki örtüyü azalmış ərazilərdə biomüxtəlifliyin artırılmasına yönəlib. Layihəyə görə, xüsusi hazırlanmış, bitki yetişdirən toplar (su, torf, torpaq və toxum ehtiva edən kapsullar) dronlar vasitəsilə torpağa səpilir: “Bu üsul bitki yetişdirmək üçün ekoloji cəhətdən səmərəli hesab edilir. Neylondan hazırlanmış kapsul ətraf mühitə zərər vermədən təbii şəkildə çürüyə və parçalana bilər. Qısa müddət ərzində hazır olan, bitkinin inkişafı üçün lazım olan elementləri özündə birləşdirən kapsul yanğın və səhralaşma təsirindən zərər çəkən ərazilərdəki bərpa işlərinə töhfə verə, azalan bitki örtüyünü artırmaqla ekosistemləri gücləndirə, biomüxtəlifliyi dəstəkləyə və erroziyanın qarşısını almaqla torpağın keyfiyyətini yaxşılaşdıra bilər”.

“GreenBoom”un həmmüəllifi Sədaqət İsmayılova deyir ki, kənd təsərrüfatı, meşə bərpası və iqlim dəyişikliyi ilə mübarizə baxımından layihənin potensialı yüksək qiymətləndirilir. Gələcəkdə layihə vasitəsilə ekoloji və texnoloji innovasiyalara dəstək verən dövlət proqramlarından, beynəlxalq fondlar və ekoloji təşkilatlardan maliyyə vəsaiti  əldə etmək planlaşdırılır.  

Ekoloji təmiz enerji istehsalı – stasionar velosipedlər

“Ecovelocoin” layihəsinin - stasionar velosipedlərin müəlliflərindən olan Elmir Qasımlı layihənin məğzini belə izah edir: “Əsas məqsədimiz ekoloji təmiz enerji istehsalına töhfə vermək, tələbələr və müəllimlər arasında fiziki aktivliyi artırmaq, texnologiya və təbiət arasında səmərəli sintez yaratmaq, tələbələr üçün əyləncəli və motivasiyaedici rəqabət mühiti formalaşdırmaqdır”.

Layihənin digər müəllifi Hüseynağa Bağışzadə deyir ki, velosipedin pedallarının 10 dəqiqə ərzində çevrilməsi nəticəsində yaranan enerji smartfonu bir neçə dəfə enerji ilə təmin etməyə və ya LED işığını müəyyən müddət ərzində işıqlandırmağa kifayət edir: “Tələbələrimiz bizim avandanlıqdan tez-tez istifadə edirlər. Bu, bizim üçün çox xoşdur. Gənclərin  belə layihələrə maraq göstərməsi qürurvericidir. Düşünürəm ki, hər şey planlaşdırdığımız kimi gedir”.

Hüseynağa layihənin parklarda, ictimai iaşə obyektlərində və digər təhsil müəssisələrində də tətbiqinin nəzərdə tutulduğunu söyləyir. 
“FarmTechAZ” tələbələrin aqrar texnologiyalar sahəsindəki biliyini inkişaf etdirə bilən layihədir. Bu layihənin iştirakçısı olan tələbələr torpağın tərkibini analiz edən cihazı hazırlayıblar. Layihənin ideya müəllifi Nəsibə Məmmədova deyir ki, “FarmTechAZ” layihəsində istifadə olunan metodlar və texnologiyalar enerji istehsalı və ekoloji təmiz həllərin necə daha effektiv olacağını göstərdi. Bu təcrübə pedal çevirərək enerji istehsalının ekoloji və praktiki tətbiqləri barədə daha dərin anlayış əldə etməyə kömək etdi”.

İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev deyir ki, bu qurum gənclərin startap fəaliyyətini dəstəkləyir, elmi-texnoloji tədqiqatları təşviq edir və innovativ layihələrin inkişafına şərait yaradır. Mərkəz proqramlaşdırma, qrafik dizayn və biznes inkubasiya sahələrində kurslar təşkil edərək tələbələrin peşəkar bilik və bacarıqlarını artırmağa kömək edir. 

“Ötən il uğurla keçirilən ”GreenTech" startap və yaşıl texnologiyalar müsabiqəsi ekoloji innovasiyalara yönəlmiş layihələri bir araya gətirdi və qaliblərə inkişaf üçün dəstək verildi: “Bu il 17 aprel tarixində İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin 55 illiyinə həsr edilmiş  “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsi Təhsilin İnkişafı Fondunun, Gənclər Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə ”GreenTech 2" müsabiqəsi daha geniş miqyasda təşkil olunacaq və ekoloji dayanıqlılıq sahəsində yeni ideyaları təşviq edəcək. Müsabiqənin əsas məqsədi gəncləri yaşıl texnologiyalar sahəsində təşəbbüskarlığa sövq etmək və onların layihələrini reallaşdırmalarına imkan yaratmaqdır".

Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi gələcəkdə fəaliyyətlərini daha da genişləndirməyi planlaşdırır. Yeni təlim proqramlarının hazırlanması, beynəlxalq texnologiya mərkəzləri ilə əməkdaşlığın qurulması, startap layihələrinin beynəlxalq səviyyədə təqdim edilməsi, tələbələr üçün daha çox dəstək mexanizmlərinin təmini mərkəzin prioritet istiqamətlərindəndir.

1 /8

Şərhlər

Xəbər lenti

11 mart, 22:26

Şimali Makedoniyanın Prezidenti Azərbaycanda tələbələrlə görüşəcək

11 mart, 20:58

Şimali Makedoniyanın Prezidenti: Elm sahəsində əməkdaşlığın qurulmasına nail ola bilərik

11 mart, 20:40

Siqaret və içkiyə aludə, mobil asılılıq: Zərərli vərdişlərin fəsadları

11 mart, 20:02

İstedadını incəsənətlə göstərənlər - Qalib şagirdlərlə söhbət

11 mart, 19:00

Uşaqların ekran vaxtının məhdudlaşdırılması onların psixi sağlamlığına təsir edir

11 mart, 18:20

Övladları 1-ci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

11 mart, 17:43

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulunun tarixi yaxın günlərdə açıqlanacaq

11 mart, 17:27

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 17:25

Xaricdə doktorantura təhsili üçün tələb olunan sənəd sayı azaldılıb

11 mart, 17:13

Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı

11 mart, 16:40

İmtahandan üzü qara çıxanlar - Onlara münasibət necə olmalıdır?

11 mart, 16:36

Rektor: Dünyanın tanınmış univesitetlərinin təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı hazırlanır

11 mart, 16:36

“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

11 mart, 16:15

Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclası keçirilib

11 mart, 16:02

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

11 mart, 15:42

Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb

11 mart, 15:13

Şagirdlərimizin uğuru bizi daha da həvəsləndirir” – MÜSAHİBƏ 

11 mart, 15:00

Aqrar sahə üzrə yeni təhsil proqramlarının hazırlanması üçün müzakirələrə başlanılıb

11 mart, 13:52

Buraxılış imtahanlarının tarixləri dəyişdirilsinmi?

11 mart, 13:43

UNEC-in 95 illik yubileyinə həsr olunan TEDx konfransı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.