Bütün xəbərlər
29 may, 12:53

“Sosial müdafiə təhsilə mühüm təsir göstərir. İqtisadi çətinliklər yaşayan insanlar və ya xəstə yaxınlarına baxmaq məcburiyyətində qalan gənclər təhsillərini yarımçıq qoyurlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov mayın 29-da Bakıda keçirilən “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O, real nümunələrə toxunaraq bildirib ki, təhsil haqqı xərcləri, güzəştli təhsil imkanları və ya işsizlik sığortası kimi sosial dəstək sistemlərinin olmaması cəmiyyətin potensialının tam reallaşmasına əngəl yaradır.

“Təkcə təhsil deyil, səhiyyə xidmətlərinə çıxış, ana və yenidoğulmuşlara dəstək, adekvat qidalanma kimi sosial müdafiə tədbirləri daha dayanıqlı və firavan cəmiyyətlərin formalaşmasına səbəb olur”, – deyə o vurğulayıb.

Azər Bayramov qeyd edib ki, sağlam əhali məhsuldar işçi qüvvəsinin əsasını təşkil edir. 

Azər Bayramov bildirib ki, hazırda İƏT-in Əmək Mərkəzi üzv dövlətlərdə işçi qüvvəsinin yaşıl və rəqəmsal sahələrə uyğun bacarıqlarla təchiz olunması istiqamətində mühüm təşəbbüslərin reallaşdırılması üzərində çalışır:

"Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalı, yeni sistemlərin yaradılması hədəflənməlidir".

Şərhlər

Xəbər lenti

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.