
Uşaqlar üçün emosional baxımdan çətin bir mərhələ sayılan imtahan dövründə onların stresinin düzgün idarə edilməsi, özünəinamlarını itirməməsi nəticələrinin uğurlu olmasında mühüm rol oynayır. Bu dövrdə valideynlərdən tələb olunan əsas məsələ uşaqlarının emosional rifahını dəstəkləmək və onları müsbət ruhda saxlamaqdır.
Buna görə də övladları məzun olacaq valideynlər bəzi məqamlara xüsusi diqqət yetirməlidirlər.
İlk növbədə nəzərə alınmalıdır ki, imtahanda uşaqların emosional vəziyyəti olduqca önəmlidir. Onların stresi idarə etməsi və özünəinamı nəticələrinə birbaşa təsir göstərir.
Narahatlıq ifadə edən tənqidi yanaşmalar uşaqlarda gərginliyi artırır, diqqət və düşüncə qabiliyyətlərinin zəifləməsinə səbəb olur.
Sadə nəfəs texnikaları, diqqət yönəltmə metodları və stresin mexanizmləri barədə uşaqlara məlumat vermək onların özünü daha yaxşı idarə etməsinə kömək edir.
Uşaqların qabiliyyətlərinə uyğun, realist gözləntilər formalaşdırmaq vacibdir. Uğursuzluqları son nöqtə kimi yox, inkişaf və təkmilləşmə fürsəti kimi qiymətləndirmək lazımdır.
Uşaqlara qarşı müsbət, dəstəkləyici və sevgi dolu münasibət onların psixoloji rifahını gücləndirir və imtahan stresini azaldır.
Valideyn olmaq həm imtiyaz, həm də məsuliyyətdir. Buna görə də bu günlərdə hər bir valideynə övladları ilə möhkəm emosional bağlılıq qurmağı arzu edirik!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər