Bütün xəbərlər
30 iyun, 10:17

İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin müəllimləri olan ana və qızı da yüksək nəticə göstəriblər.

“Azərbaycan müəllimi” onların təəssüratlarını oxucuları ilə paylaşır.

“Yüksək nəticə göstərən müəllimlərin fəaliyyətinin dəyərləndirilməsi məzunların müəllimlik peşəsinə həvəsini artırır” 

Nailə Arzumanova Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin fizika müəllimidir və seritfikasiyada 55 bal toplayıb. Onun sözlərinə görə, 33 ildir ki, müəllim kimi fəaliyyət göstərir və peşəsini çox sevir. İmtahan prosesində çətinlik çəkmədiyini əlavə edən müəllim sualların onun üçün orta səviyyədə olduğunu deyir: “Müəllimlərə məsləhətim o olar ki, tədris etdiyi fənni dəqiq və dərindən öyrənsinlər, həmişə öz üzərlərində işləsinlər”. 

Sertifikatlaşdırmanın əhəmiyyətinə toxunan Nailə Arzumanova bildirir ki, bu proses müəllimlərin peşəkarlıq səviyyəsini ölçür:

“Sertifikatlaşdırma müəllimlərin öz bilik və bacarıqlarının daha da artırılması üçün motivasiyadır. Yüksək nəticə göstərən müəllimlərin fəaliyyətinin dəyərləndirilməsi yeni məzun olmuş tələbələrin müəllimlik peşəsinə həvəsini artırır”.

“Məqsədim yüksək nəticə göstərmək idi və buna nail oldum” 

Xanım Məmmədəliyeva Xaçmaz şəhəri Mehman Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin fizika müəllimidir və sertifikatlaşdırmada 58 bal toplayıb. 2019-cu ildə ilk dəfə müəllimlərin işə qəbul (MİQ) imtahanında mümkün 60 baldan 44-nü toplayaraq Xaçmaz şəhəri Ə.Rustəmov adına Sərkərli kənd ümumi orta məktəbində  müəllim kimi fəaliyyətə başlayıb. 2023-cü ildə yenidən MİQ  imtahanında  iştirak edərək 100 baldan 70-ni toplayaraq hazırda işlədiyi orta məktəbdə çalışıb.

“Sertifikatlaşdırmaya sentyabrdan hazırlaşmağı düşünürdüm, amma iş, ailə qayğıları səbəbindən mümkün olmurdu. Son iki ayı artıq qarşıma məqsəd qoyub imtahana ciddi şəkildə çalışmışam. Ən çox narahatlığım kurikulum suallarından idi. İmtahandan keçəcəyimə əmin idim, yüksək nəticə göstərmək məqsədim idi və buna nail oldum. İmtahana son 5 gün qalmış isə yalnız testlər işləməyə üstünlük verdim. İmtahan sualları orta çətinlikdə idi, çətinliyim sadəcə kurikulum üzrə olan inteqrasiya sualında oldu, məndə çaşqınlıq yaratdı. İmtahanı 1 saata bitirmişəm”, – deyir Xanım müəllim.

Sertifikasiyada az bal toplayan müəllimlərə Xanım Məmmədəliyeva dərsliklərə üstünlük vermələrini, nəzəri suallar üzərində daha çox çalışmalarını tövsiyə edib: “Məncə, hər bir müəllim öz üzərində çalışmalı, yeniliklərə açıq olmalıdır. Bu səbəbdən sertifikatlaşdırmanın əhəmiyyətinin vacib olduğunu düşünürəm”.

1 /1

Şərhlər

Xəbər lenti

25 avqust, 20:34

Peşə məktəblərinə vakansiya seçiminin müddəti uzadılıb

25 avqust, 17:39

Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu 

25 avqust, 17:38

“Ali məktəbə oğlumun təhriki ilə sənəd verdim” – 20 ildən sonra tələbə olan Qax sakini

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.