Bütün xəbərlər
25 avqust, 13:30

Təcrübə nə deyir?

Təsəvvür edin, bir məktəbin həyətinə addım atırsınız: səs-küy, gülüşlər hər tərəfi bürüyüb. Onlarla uşaq var, amma qəribədir - heç kimin əlində telefon yoxdur. Kimi topun arxasınca qaçır, kimi ağacın kölgəsində kitab oxuyur, digərləri isə maraqlı söhbətlər edir. Bu mənzərə bir anlıq nağıldan çıxmış səhnə kimi görünə bilər, amma artıq dünyanın bir çox məktəblərində reallığa çevrilib.

Telefonsuz məktəb siyasəti beynəlxalq təcrübədə

Belə ki, məktəblərdə telefon qadağasının təsirləri ilə bağlı beynəlxalq təcrübələr maraqlı nəticələr ortaya çıxarıb. Məsələn, “London School of Economics”in araşdırmasına görə, mobil telefon istifadəsinin qadağan olunduğu İngiltərə məktəblərində şagirdlərin test nəticələri 6,4% yaxşılaşıb, aşağı göstəricili şagirdlərdə isə bu artım 14%-ə çatıb. Norveçdə aparılan müşahidələr göstərib ki, telefon qadağası xüsusilə qızların akademik nailiyyətlərini artırıb, psixoloji yardım müraciətləri 60% azalıb, məktəb zorakılığı halları isə 43-46% aşağı düşüb. Niderlandda 2024-cü ildən qüvvəyə minən qaydanın tətbiqindən sonra məktəblərin 75%-i diqqətin artdığını, təxminən üçdə ikisi isə akademik nəticələrin yaxşılaşdığını vurğulayıb, həm də sosial münasibətlərin möhkəmləndiyini bildirib.

Cənubi Avstraliyada Charles Campbell Kollecində aparılan təcrübə isə telefonla bağlı problemli halların 72%, sosial media ilə bağlı problemlərin isə 80,5% azalmasına səbəb olub. Üstəlik, real oyun və klublara qoşulma halları artıb. Eyni zamanda, “Lancet” jurnalında dərc olunan və 30 məktəbi əhatə edən genişmiqyaslı bir tədqiqat göstərib ki, telefon qadağası bəzən gözlənildiyi kimi ümumi akademik göstəricilərə və psixoloji rifaha ciddi təsir göstərmir, ancaq dərs zamanı diqqətin dağılmasının qarşısını alır və telefon istifadəsinin gündəlik 30-40 dəqiqə azalmasına səbəb olur. Bu faktlar göstərir ki, telefonsuz məktəb siyasəti bəzən möcüzəvi nəticələr doğurur, bəzən isə əlavə dəstək tədbirləri tələb edir, amma istənilən halda tədris mühitinin keyfiyyətinə əhəmiyyətli təsir göstərir.

Polşadan maraqlı nümunə…

Polşadakı “Sapiens International Innovative Community School” rəsmi olaraq “Zero Phone Policy” tətbiq edib - şagirdlər mobil telefonlarını səhər dərsə gələn kimi təhvil verir və yalnız dərslər bitəndən sonra geri götürürlər. Bu addımın məqsədi diqqəti yayındıran və asılılıq yaradan telefonların gənclərin psixoloji sağlamlığına təsirini azaltmaq, dərin öyrənmə, real ünsiyyət və sağlam inkişaf üçün şərait yaratmaqdır. Keçən il 12 şagird könüllü olaraq 21 günlük “gadget detox” sınağına qoşulmuş, nəticədə daha sakit, daha sosial və oxumağa maraqlı olduqları müşahidə edilmişdir, amma onlar bunu yalnız bütün məktəbin birlikdə edəcəyi təqdirdə davam etdirmək istədiklərini vurğulayıblar.

Telefon - paradoksal alət kimi

Burada sual yaranır: bizim məktəblərdə bu, mümkün olarmı?

Telefon paradoksal alətdir. Bir tərəfdən dərslərdə öyrənməni zənginləşdirə, müəllimlə şagird arasında körpü yarada bilər. Digər tərəfdən isə diqqəti dağıdır, sosial şəbəkə asılılığı yaradır və real ünsiyyəti kölgədə qoyur.

Məktəbdə telefondan imtina sadəcə qadağa deyil, həm də mesajdır: “Bizim ən böyük sərvətimiz zamanımız və bir-birimizlə ünsiyyətimizdir”.

Əlbəttə, bu asan qərar deyil. Mübahisələr, narazılıqlar ola bilər. Amma eyni zamanda yeni imkanlar da yaranacaq: daha dərin düşünmək, daha səmimi dostluqlar qurmaq, daha çox oxumaq, öyrənmək, yaratmaq.

Ən böyük sual isə budur: biz uşaqlarımıza hansı mədəniyyəti öyrətmək istəyirik? Ekrana bağlanmağı, yoxsa bir-birinə bağlanmağı?

Telefonsuz məktəb sadəcə texniki qərar deyil. Bu, gələcək üçün necə bir insan yetişdirmək istədiyimiz barədə seçimdir.

Şərhlər

Xəbər lenti

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

25 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

25 avqust, 11:31

Bakıda minlərlə tələbəni bir araya gətirəcək ICPC nədir? – ARAŞDIRMA

25 avqust, 11:30

MDU-nun plan yeri 97 faiz dolub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.