Bütün xəbərlər
25 avqust, 15:39

Avqustun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının nüfuzlu ali təhsil müəssisələrindən olan Corc Vaşinqton Universiteti (CVU) ilə birgə həyata keçirdiyi ikili diplom magistr proqramına qəbul üçün müraciət etmiş magistrantların müsahibə mərhələsinə start verilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, müsahibələr CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekan müavinləri Sevinc Məmmədova (CVU tərəfdən ikili diplom proqramının direktoru) və Natali Milman tərəfindən aparılır.

ADPU-nun rektoru professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektor dosent Eldar Aslanov müsahibələrin gedişi ilə tanış olublar.

Həftə ərzində davam edəcək müsahibə mərhələsinin nəticələrinə əsasən 15-30 arası magistrantın proqrama qəbul olunması gözlənilir.

Proqrama qəbul olunacaq tələbələr ADPU-nun "Təhsil menecmenti", CVU-nun isə "Təhsil siyasəti və insan inkişafı" ixtisasları üzrə magistr dərəcələrinə alacaqlar.

Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında 2020-ci ildən etibarən uğurla həyata keçirilən proqramdan indiyədək 122 nəfər məzun olub. 

Proqram tam şəkildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Şərhlər

Xəbər lenti

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

25 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

25 avqust, 11:31

Bakıda minlərlə tələbəni bir araya gətirəcək ICPC nədir? – ARAŞDIRMA

25 avqust, 11:30

MDU-nun plan yeri 97 faiz dolub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.