Bütün xəbərlər
4 mart, 20:05

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi üçün qiymətləndirmə çərçivəsini açıqlayıb.  

"Azərbaycan müəllimi" xəbər verir ki, informatika fənni üzrə sertifikatlaşdırma imtahanında namizədlərə ümumilikdə 4 mövzudan ibarət 50 sual təqdim olunacaq. Müəllimlər İnformasiya və informasiya prosesləri mövzusundan 11 sual, Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma mövzusundan 25 sual, Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri üzrə 12 sual, Cəmiyyətin informasiyalaşdırılması mövzusundan isə 2 sual cavablandırmalı olacaqlar.  

Sertifikatlaşdırma imtahanı üçün müəyyən edilən məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:  

İnformatika və əsas anlayışlar:
- İnformasiyanın kodlaşdırılması  
- Say sistemləri  
- Məntiqi əməllər  

Kompüterin texniki və proqram təminatı: 
- Kompüterin texniki təminatı  
- Əməliyyat sistemləri (Microsoft Windows)  
- Proqram təminatı və onun təsnifatı 
 
- Offıce proqramları:  
- Microsoft Word (mətn prosessoru)  
- Microsoft Excel (cədvəl prosessoru)  
- Microsoft PowerPoint (elektron təqdimat proqramı)  
- Verilənlər bazası və onun idarəedilməsi (Microsoft Access)  

Alqoritmləşdirmə və proqramlaşdırma:
- Alqoritmləşdirmə prinsipləri  
- ALPLOGO mühitində proqramlaşdırma  
- Python proqramlaşdırma dili  
- HTML dili  

Model və informasiya sistemləri:  
- Modelləşdirmə anlayışı və qraf informasiya modeli  
- Kompüter qrafikası  
- Kompüter modeli  
- İnformasiya sistemləri və onların elementləri  
- Süni intellekt sistemləri  
- Axtarış sistemləri  

İnformasiya təhlükəsizliyi və şəbəkələr:  
- İnformasiya sistemlərində təhlükələrin təsnifatı  
- İnformasiyanın qorunması üsulları  
- Kompüter şəbəkələri və internet  
- İnformasiya cəmiyyəti  

Qeyd edək ki, imtahanda bütün fənlər üzrə suallar ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə əsaslanır. (Təqdim edilən mövzular daha çox diqqət yetirilməli olanlardır).  

Xatırladaq ki, sertifikatlaşdırma imtahanında iştirakçıların bilik və bacarıqları nəzəri və praktik formada yoxlanılır. Eyni zamanda, fənlər üzrə metodika və pedaqogika bilikləri də qiymətləndirilir. Namizədlərin tətbiqetmə, təhliletmə, problem həll etmə və digər bacarıqları praktik və situativ suallar vasitəsilə ölçülür.

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.