Bütün xəbərlər
15 yanvar, 16:02

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 8 nömrəli sanatoriya tipli internat məktəbində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tabeliyində İnternat Məktəb Müəllimlər Birliyinin açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla işləri üzrə inspektoru polis mayoru Hikmət İsgəndərov, bir sıra internat məktəblərinin müəllimləri iştirak ediblər. 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İnternat məktəbinin direktoru Pəri Paşayeva tədbiri açaraq rəhbərlik etdiyi təhsil müəssisəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Təhsil müəssisəsinin bugünkü tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu söyləyən direktor yeni yaradılmış İnternat Məktəb Müəllimlər Birliyinə gələcək işlərində uğurlar arzulayıb.

Çıxış üçün söz alan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova rəhbəri olduğu assosiasiyanın fəaliyyət istiqamətlərindən, həyata keçirilən tədbirlərdən, reallaşdırılan layihələrdən geniş söz açıb. AGMA-nın hər zaman yenilikçi, kreativ fikirli gənc müəllimlərə dəstək olduğunu söyləyən sədr onlar üçün prioritet olan məsələlərdən də danışıb.

Sonra Zərif Şirəliyeva sədri olduğu Məktəb Müəllimlər Birliyi haqqında məlumat verib. 8 nömrəli sanatoriya tipli internat məktəbində 7 ildir ki, riyaziyyat müəllimi kimi çalışdığını deyən Zərif Şirəliyeva qeyd edib ki, ilk başda buradakı fəaliyyəti ona ağır gəlsə də sonradan buna öyrəşib. Həssas qruplardan olan şagirdlərin bir müəllim olaraq ona necə sığındıqlarını, inandıqlarını və sevdiyini görüb. Və bu ona motivasiya verib. Zərif müəllim deyib ki, internat məktəbində müəllim kimi çalışmaq ona cəmiyyətin həssas qruplarına dəstək olmaq fürsətini qazandırır. 

O, bildirib ki, daim öz üzərində çalışır, yenilikləri izləyir və öyrəndiklərini həm şagirdləri, həm də həmkarları ilə bölüşür. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) mentorlarından biri seçildikdən sonra internat məktəblərində çalışan müəllimlərin sosiallaşma və peşəkar inkişaf  baxımından müəyyən qədər geridə qaldığını müşahidə etdiyini söyləyən pedaqoq mentorlarla keçirilən iclaslardan birində İnternat Məktəb Müəllimlər Birliyinin yaradılması təşəbbüsünü irəli sürdüyünü bildirib. Təklifinin Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən müsbət qarşılandığını söyləyən Zərif müəllim məhz adıçəkilən birliyi yaratmasında məqsədinin, müəllimləri bir araya gətirmək, onlara dəstək olmaq və təcrübə mübadiləsi imkanları yaratmaq olduğunu deyib. 

Qeyd olunub ki, müəllimlərin peşəkar inkişafını təmin etmək üçün təlimlər və seminarların təşkil olunması, psixoloji dəstək proqramlarının həyata keçirilməsi, müxtəlif layihələr vasitəsilə internat məktəblərində təhsilin keyfiyyətinin artırılması, müəllimlər arasında təcrübə mübadiləsinin təşkili, cəmiyyətin internat məktəblərinə diqqətini artırmaq məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi İnternat Məktəb Müəllimlər Birliyinin fəaliyyət istiqamətlərindəndir. Burada əsasən internat məktəblərində çalışan müəllimlər, psixoloqlar və müxtəlif sahələrdən dəstək göstərən mütəxəssislər təmsil olunacaqlar. Bununla yanaşı, bu sahəyə maraq göstərən könüllülər də həmin fəaliyyətlərdə iştirak edə bilərlər.

Sonra iştirakçılar tərəfindən geniş diskussiya və fikir mübadiləsi aparılıb. Müzakirələrdə dərslik, dərs vəsaitlərinin çatışmazlıığı, psixoloji xidmətin təşkili, internat məktəblərinə xas spesifik xüsusiyyətlərdən danışılıb.

1 /7

Şərhlər

Xəbər lenti

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.