
Aprelin 29-dan iş yerini dəyişmək istəyən müəllimlər üçün vakansiya seçimi prosesinə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. Müsabiqə üzrə vakansiya seçimi 5 may saat 13:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Bildirilir ki, vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslər diqqətli olmalı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamalıdırlar.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər