Bütün xəbərlər
17 dekabr, 11:18

"Hazırkı informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı və qərəzsiz informasiya əldə etmək üçün media savadlılığına xüsusi ehtiyac var".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Media savadlılığı” konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, media savadlılığı — ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır.

“İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək və mediada yayılan məlumatların, hadisələrin həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir.

Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə təkcə jurnalistlər üçün deyil, hər kateqoriyadan insan üçün də olduqca böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində özünə yer alması çox mühümdür.

Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrilib”, - deyə İ.Səttarov vurğulayıb.

Şərhlər

Xəbər lenti

7 may, 21:37

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının qalibləri açıqlanıb

7 may, 19:35

Özbəkistanın rəsmi nümayəndəsi Təhsil Muzeyi ilə tanış olub

7 may, 17:49

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib

7 may, 17:48

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

7 may, 17:30

“Əziyyətimin bəhrəsini görmək qürurvericidir” – Olimpiada qalibinin uğurlu hekayəsi

7 may, 17:26

IV, VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq

7 may, 16:56

Bakı və Rabatın beş məktəbi qardaşlaşacaq

7 may, 16:53

“WorldSkills Azerbaijan” yarışına qeydiyyat davam edir

7 may, 16:49

Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub

7 may, 16:47

AzMİU-da “Urban” adlı yaradıcılıq sərgisi açılıb

7 may, 16:36

UNEC-də XVI Karyera Yarmarkası keçirilib

7 may, 16:35

BMU tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub

7 may, 16:05

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

7 may, 15:50

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat müddəti uzadılıb

7 may, 15:43

Dağlıq Şirvanda PISA tədqiqatı keçirilib

7 may, 15:20

ABŞ-nin ən böyük hakatonlarından birinin rəhbəri azərbaycanlı tələbə olub – FOTO

7 may, 15:05

Şagirdlərin ünsiyyət bacarıqlarını necə inkişaf etdirək?

7 may, 14:44

Rektor: Azərbaycanın uğurları beynəlxalq auditoriyaya çatdırılır

7 may, 14:38

Fəlsəfə doktorları professor adı üçün AAK-a birbaşa müraciət edə bilərlər

7 may, 14:01

BSU rektoru: Süni intellekt təhsil sahəsinə də təsir göstərir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.