
Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilir. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” bütün sahələrdə olduğu kimi, təhsil sektoruna da əhəmiyyətli təsir göstərməkdədir.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev səsləndirib.
“Biz təhsildə süni intellektin imkanlarını həm pedaqoji, həm də humanitar elmlərdə müşahidə edirik. Şübhəsiz ki, bu strategiyanın nəticələri Bakı Slavyan Universitetində həyata keçirilən işlərə də müsbət təsir göstərəcək”, – deyə rektor bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər