Bütün xəbərlər
8 may, 10:10

Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın Memarı – Ulu Öndər Heydər Əliyev yaddaşlarda” adlı tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, ATU-nun baş müəllimi, UNESCO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun üzvü Aida Bəndəliyeva, “Fitoterapevtlər" İctimai Birliyinin sədri, professor Məlahət Qəhrəmanova, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, universitetin müvafiq sturuktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Görüşdən əvvəl qonaqlar Ulu Öndərin universitetdəki abidəsini və şəhidlərin xatirəsinə yaradılmış guşəni ziyarət edib, ADPU-nun Heydər Əliyev Muzeyi ilə tanış olublar. 

Tədbiri giriş sözü ilə açan Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” ƏPT sədri dos. Sultanəli Qurbanov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyi tarixindəki mühüm rolundan bəhs edib.

Ardınca Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov vurğulayıb ki, Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan dövlətinin intellektual inkişafının təməlini təşkil edir. Prorektor vurğulayıb ki, Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970–80-ci illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin aparıcı ali məktəblərində və elmi mərkəzlərində təhsil almaları üçün geniş imkanlar yaradılmış, bu proses müstəqillik illərində daha sistemli və məqsədyönlü şəkildə davam etdirilib. Gənclərin müasir biliklərlə silahlanması, onların milli kadra çevrilməsi, müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərin yetişməsi Ulu Öndərin həyata keçirdiyi kompleks və düşünülmüş siyasətin nəticəsidir və bu siyasət bu gün də H.Əliyev siyasi irsinin layiqli davamçısı tərəfindən uğurla davam etdirilir.

“Fitoterapevtlər” İctimai Birliyinin sədri, professor Məlahət Qəhrəmanova və ATU-nun baş müəllimi, UNESCO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun üzvü Aida Bəndəliyeva çıxışlarında bildiriblər ki, Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində apardığı uğurlu quruculuq işləri ölkədə səhiyyə sistemi gücləndirildi, əhalinin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova qeyd edib ki, Ulu Öndər qadınların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin edərək onların hüquqlarını təmin edən ciddi islahatlar aparmışdır ki, bu islahatlar nəticəsində Azərbaycan qadın hüquqlarının təmini sahəsində nümunə dövlətlərdən birinə çevrilib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev  Ulu Öndərin müəyyən etdiyi milli-mənəvi istiqamət bu gün də Azərbaycan gəncliyinin formalaşmasında aparıcı ideoloji bazaya çevrildiyini vurğulayıb.

Tədbir ümumi müzakirələrlə davam edib. Sonda YAP sıralarına yeni daxil olmuş əməkdaş və tələbələrə üzvlük vəsiqəsi təqdim edilib. 

1 /9

Şərhlər

Xəbər lenti

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya cəlb olunan müəllimlər metodika və pedaqogikadan bu mövzulara hazırlaşmalıdırlar

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

8 may, 14:13

Paytaxt məktəbliləri I yeri tutub beynəlxalq olimpiadaya vəsiqə qazandılar

8 may, 13:52

Bakı məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər keçirilib

8 may, 13:50

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

8 may, 12:46

Səhnədə olmaq sadəcə rəqs etmək deyil… – REPORTAJ

8 may, 12:36

“Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” ixtisasları üzrə qiymətləndirmə keçirilib

8 may, 12:35

ADNSU-da Vyetnamın ilk Prezidentinin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub

8 may, 12:28

100 minə yaxın uşaq birinci sinfə qəbul olub

8 may, 12:24

Neftçalanın 11 şagirdi RFO qalibi olub

8 may, 12:20

Sabahın hava proqnozu açıqlanıb

8 may, 12:08

Cənub bölgəsinin 22 məktəbinin şagirdləri PISA tədqiqatına cəlb ediləcək 

8 may, 11:57

Elxan Nəcəfov: Hərbi Kollecdə keyfiyyətli nəticəyə fokslanma üçün yaradılmış imkanlar qürurvericidir

8 may, 11:25

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib

8 may, 11:10

“Olimpiadada qazanılan təcrübə medaldan daha üstündür" – RFO qaliblərinin təəssüratları 

8 may, 10:55

AzTU-da ali təhsil sisteminin strateji inkişaf perspektivləri üzrə işçi görüş keçirilib

8 may, 10:45

Tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başlayıb

8 may, 10:01

Musiqi müəllimlərinin attestasiyasının növbəti mərhələsinə başlanılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.