.jpeg)
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə hərbi kollecdə yaradılan təlim-tədris şəraiti ilə tanışlıq olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək bildirib ki, bu tədris ocağında həm təhsilalanların, həm də təhsilverənlərin keyfiyyətli nəticəyə fokslanması üçün yaradılmış imkanlar qürurvericidir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Hərbi Kolleci arasında birgə əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr bundan sonra da uğurla davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev qeyd edib ki, Ulu Öndər haqqında danışmaq böyük şərəf və eyni zamanda da böyük məsuliyyətdir.
Onun sözlərinə görə, həyatımızın elə bir sahəsi yoxdur ki, o sahələrin hər birindəki inkişaf dahi şəxsiyyətin adı ilə bağlı olmasın. Görkəmli dövlət xadimi hakimiyyətinin hər iki dövründə peşəkar, milli ruhlu kadr hazırlığına xüsusi diqqət yetirib. Ulu Öndər sovet dövründə azərbaycanlı gəncləri dövlət hesabına xaricdə ali təhsil almaları üçün göndərirdi. Məhz müstəqillik qazandıqdan sonra əldə etdiyimiz uğurların əsasında həmin dövrdə ali təhsil alan gənclər dayanır.
Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik-leytenant Yaşar Hüseynov çıxışında Ulu Öndərin təhsil və ordu quruculuğu sahəsindəki xidmətlərindən söz açıb.
Sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecində fəaliyyət göstərən “Sevincin inciləri” qanunçalanlar ansamblı konsert proqramı ilə çıxış ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zəka qılıncı” adlı tarixi zəka oyunlarından ibarət intellektual yarışda qalib olan və fərqlənən kursantlar, eləcə də bu oyunun kursantlara öyrədilməsində təşəbbüskarlıq göstərən kollecin kitabxanaçıları təltif olunublar.
Sonda xatirə şəkli çəkdirilib.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər