Bütün xəbərlər
8 may, 10:55

Azərbaycan Texniki Universitetində universitetin inzibati rəhbərliyi və professor-müəllim heyətinin, həmçinin Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə ali təhsil sisteminin inkişaf perspektivlərinə həsr olunmuş işçi görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşün əsas məqsədi ali təhsil sistemində mövcud problemlərin, onların mümkün həll yollarının və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub. Tədbirdə AzTU-nun fakültə dekanları, kafedra müdirləri və digər struktur bölmə rəhbərləri fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsi, mütəxəssis hazırlığının keyfiyyətinin artırılması və ali təhsildə idarəetmənin səmərəliliyinin yüksəldilməsi ilə bağlı müxtəlif sual və təkliflər irəli sürülüb.

AzTU-nun rektoru, professor Vilayət Vəliyev çıxışında universitetlərin inkişafında dövlət strategiyasının mühim rol oynadığını qeyd edib və ETN-in bu təşəbbüsünü yüksək qiymətləndirib. Rektor ali təhsil müəssisələri ilə aparılan birgə siyasətin dövlət təhsil strategiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ETN-in Elm, ali və peşə təhsili siyasəti şöbəsinin müdiri Turxan Süleyman ali təhsil sahəsində aparılan islahatlarda universitetlərin dəstəyinin vacibliyini qeyd edib. O, bu məqsədlə ali təhsil müəssisələri ilə keçirilən görüşlərdə toplanan təkliflərin sistemləşdirilərək ayrıca bir portfolio şəklində formalaşdırılacağını və real problemlərin həlli məqsədilə strateji sənədlərdə öz əksini tapacağını bildirib. Həmçinin o, bu formatda görüşlərin ilk dəfə olaraq AzTU-da keçirildiyini və növbəti mərhələdə digər universitetlərdə də davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə həmçinin AzTU əməkdaşlarının irəli sürdüyü fikirlər ETN nümayəndələri tərəfindən cavablandırılıb və qeyd olunan təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib.

Görüş iştirakçıları ali təhsil sisteminin davamlı inkişafı və təkmilləşməsi istiqamətində belə açıq dialoq və əməkdaşlıq platformalarının yaradılmasının ali təhsildə keyfiyyətin artırılmasına mühim töhfə verəcəyini vurğulayıblar.

Şərhlər

Xəbər lenti

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

8 may, 14:13

Paytaxt məktəbliləri I yeri tutub beynəlxalq olimpiadaya vəsiqə qazandılar

8 may, 13:52

Bakı məktəblərində Ümummilli Liderə həsr olunmuş tədbirlər keçirilib

8 may, 13:50

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

8 may, 12:46

Səhnədə olmaq sadəcə rəqs etmək deyil… – REPORTAJ

8 may, 12:36

“Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” ixtisasları üzrə qiymətləndirmə keçirilib

8 may, 12:35

ADNSU-da Vyetnamın ilk Prezidentinin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub

8 may, 12:28

100 minə yaxın uşaq birinci sinfə qəbul olub

8 may, 12:24

Neftçalanın 11 şagirdi RFO qalibi olub

8 may, 12:20

Sabahın hava proqnozu açıqlanıb

8 may, 12:08

Cənub bölgəsinin 22 məktəbinin şagirdləri PISA tədqiqatına cəlb ediləcək 

8 may, 11:57

Elxan Nəcəfov: Hərbi Kollecdə keyfiyyətli nəticəyə fokslanma üçün yaradılmış imkanlar qürurvericidir

8 may, 11:25

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib

8 may, 11:10

“Olimpiadada qazanılan təcrübə medaldan daha üstündür" – RFO qaliblərinin təəssüratları 

8 may, 10:45

Tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.