Bütün xəbərlər
8 may, 09:49

Mayın 7-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə, Şura üzvləri Günay Əkbərova, Elçin Əzimli, Sevinc Məhəməliyeva, Kəmalə Aşumova, Mirzə Cəfərzadə və Rasif Dünyamalıyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, İctimai Şura üzvləri əvvəlcə universitet tələbələri ilə görüş keçirib, onların suallarını cavablandırıb və təkliflərini dinləyiblər. Görüş zamanı tələbələrin gündəlik həyatı və tədris prosesi ilə bağlı müxtəlif məsələlərə toxunulub.

Daha sonra şura üzvlərinin AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitet rəhbərliyi ilə görüşü baş tutub. Görüşdə tələbələr tərəfindən səsləndirilmiş təklif və müraciətlər universitet rəhbərliyinə çatdırılıb, onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə aşağıdakı əsas mövzular müzakirə olunub:

- Tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılması və bu istiqamətdə mümkün həll mexanizmləri;
- Paytaxtda pik saatlarda müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq dərs saatlarının fərqli vaxtlarda başlaması və tədrisin hibrid formada təşkili imkanları;
- Tədris prosesində praktik biliklərə daha geniş yer verilməsi ilə bağlı perspektivlər.

Sonda tərəflər belə görüşlərin təhsil mühitinin daha da inkişaf etməsi baxımından əhəmiyyətini vurğulayıb və əməkdaşlığın davamının vacibliyini qeyd ediblər.

1 /10

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.