Bütün xəbərlər
7 may, 16:05

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, xüsusilə müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi, eləcə də müasir Azərbaycan dövlətinin inkişafı və dövlət quruculuğu sahəsindəki xidmətləri misilsizdir. Rektor qeyd edib ki, Ulu Öndərin dövlət idarəçiliyinə gətirdiyi sistemlilik, çeviklik və uzaqgörənlik prinsipləri bu gün müasir Azərbaycan dövlətçiliyinin əsas təməlini təşkil edir.

Rüfət Əzizov çıxışında Ümummilli Liderin təhsilin inkişafına daim xüsusi diqqət göstərdiyini də vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ixtisaslı kadrların hazırlanması, eləcə də Sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin xaricdə təhsil almasına yaradılan şərait, müstəqillik illərində bu ənənənin davam etdirilməsi ölkənin elmi və texniki inkişafında mühüm rol oynayıb.

Rektor əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqların 44 gün ərzində azad edilməsinin təməlində də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursu və bu siyasi xəttin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə və dinamik şəkildə davam etdirilməsi dayanır. Təsadüfü deyildir ki, bu gün Azərbaycan nəinki regionda, həm də dünyada güclü, qalib və abad dövlət kimi tanınır.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Deputat vurğulayıb ki, Heydər Əliyev gənclərin milli-mənəvi dəyərlərə əsaslanan, savadlı və vətənpərvər ruhda formalaşmasına xüsusi önəm verib. Onun rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan cəmiyyətində sağlam, fəal və məsuliyyətli vətəndaşların yetişməsində mühüm rol oynayıb.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması, hüquqi və demokratik dövlət quruculuğunun əsaslarının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Bu dövlətçilik ənənələri bu gün də ölkənin inkişaf yolunu müəyyən edən əsas ideoloji dayaq kimi aktuallığını qoruyur.

Tədbirdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinə dair sənədli film nümayiş etdirilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsinin qalibləri elan olunub. 

Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən Ümummilli Liderə həsr olunmuş tamaşa nümayiş etdirilib. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

1 /6

Şərhlər

Xəbər lenti

8 may, 12:46

Səhnədə olmaq sadəcə rəqs etmək deyil… – REPORTAJ

8 may, 12:36

“Qənnadıçı, şirniyyatçı” və “Aşpaz” ixtisasları üzrə qiymətləndirmə keçirilib

8 may, 12:35

ADNSU-da Vyetnamın ilk Prezidentinin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub

8 may, 12:28

100 minə yaxın uşaq birinci sinfə qəbul olub

8 may, 12:24

Neftçalanın 11 şagirdi RFO qalibi olub

8 may, 12:20

Sabahın hava proqnozu açıqlanıb

8 may, 12:08

Cənub bölgəsinin 22 məktəbinin şagirdləri PISA tədqiqatına cəlb ediləcək 

8 may, 11:57

Elxan Nəcəfov: Hərbi Kollecdə keyfiyyətli nəticəyə fokslanma üçün yaradılmış imkanlar qürurvericidir

8 may, 11:25

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib

8 may, 11:10

“Olimpiadada qazanılan təcrübə medaldan daha üstündür" – RFO qaliblərinin təəssüratları 

8 may, 10:55

AzTU-da ali təhsil sisteminin strateji inkişaf perspektivləri üzrə işçi görüş keçirilib

8 may, 10:45

Tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başlayıb

8 may, 10:10

ADPU-da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

8 may, 10:01

Musiqi müəllimlərinin attestasiyasının növbəti mərhələsinə başlanılır

8 may, 09:49

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri AzMİU-da olublar

8 may, 09:45

“BilBacar” müsabiqəsinin may ayı üzrə yarış mərhələsinə start verilib

8 may, 09:44

BSU-da beynəlxalq elmi konfrans keçirilib

8 may, 09:34

Nazir müavini vyetnamlı həmkarı ilə görüşüb

8 may, 09:24

Qarabağ Universitetində Heydər Əliyev irsinə dair konfrans keçirilib

7 may, 21:37

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının qalibləri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.