
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3-cü tədris binasında yerləşən sərgi salonunda “Urban” adlı tələbələrin əl işlərindən ibarət sərgi açılıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sərgidə Memarlıq və Dizayn fakültələrinin I, II və III kurs tələbələrinin müxtəlif texnikalarda ərsəyə gətirdikləri 100-dən çox iş nümayiş olunub.
Tədbirin açılışında Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov çıxış edərək sərginin ideyası, əhatə dairəsi və elmi-estetik mahiyyəti barədə məlumat verib. O, “Urban” anlayışının çağdaş şəhər mədəniyyətində təkcə memarlıqla deyil, həm də vizual dizayn və sənət ilə birgə harmoniya yaratdığını vurğulayıb:
“Şəhər təkcə memarın layihələndirdiyi fiziki məkan deyil, eyni zamanda, dizaynerin ona bəxş etdiyi vizual və funksional estetikadır. Bu baxımdan şəhər, həm memarın, həm də dizaynerin birgə düşüncə məhsuludur. Tələbələrimizin bu sərgidə nümayiş etdirdikləri işlər məhz bu inteqrativ yanaşmanın real təzahürüdür”.
Daha sonra söz universitet rəhbərliyinə və fakültə nümayəndələrinə verilib. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov, Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və digər çıxış edənlər sərgini yüksək qiymətləndiriblər. Onlar tələbələrin yaradıcılıq bacarıqlarını təqdir edərək belə sərgilərin tələbələrin peşəkar inkişafı baxımından önəmini vurğulayıb və bu cür layihələrin davamlı olmasını arzuladıqlarını bildiriblər.
Sonra sərgi iştirakçıları tələbələrin əl işlərinə baxış keçiriblər.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər