Bütün xəbərlər
6 fevral, 15:00

İsrail məktəblərində süni intellekt alətlərinin tətbiqi planı çərçivəsində təhsil sistemində "Süni İntellekt İli (AI)" elan edilib. Bununla da İsraildə süni intellektin (Aİ) məktəb proqramına daxil edilməsi təmin ediləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, İsrail Təhsil Nazirliyi süni intellektin (AI) məktəb təhsil sisteminə inteqrasiyası üzrə islahat planını təqdim edib. Proqram IV sinifdən XII sinfə qədər bütün şagirdləri əhatə edəcək. Bu barədə ölkənin “The Jerusalem Post” xəbər portalı məlumat yayıb. 

İslahat çərçivəsində təhsil sistemi üçün xüsusi hazırlanmış AI alətləri məktəb proqramına daxil ediləcək. O cümlədən:
Q - məktəblilərə süni intellektdən istifadə etməyi öyrədən bot;
Binah - məktəb proqramının öyrənilməsində köməkçi olacaq “Google Gemi” bazasında şagirdlər üçün Chatbot;
Magic School - dərslərin planlaşdırılması və şagirdlərin qiymətləndirilməsi üçün platforma.

Kiçikyaşlı şagirdlər üçün “Minecraft” oyun mühitinin uyğunlaşdırılmış versiyası təqdim olunacaq. Nazirlik “Google”, “Microsoft”, “Apple” və “Nvidia” da daxil olmaqla 400-dən çox aparıcı şirkəti 3 min mentorun hazırlanmasına cəlb edib. Onlar AI alətlərini pedaqoji ehtiyaclara uyğunlaşdıraraq birbaşa məktəblərlə işləyəcəklər.

Bundan əlavə, 70 mindən çox müəllim üçün süni intellektin təhsilə inteqrasiyasının müxtəlif aspektləri üzrə vebinarların keçirilməsi planlaşdırılır. İsraildə təhsil sisteminin əsas islahatları 2025-ci ilin sonuna qədər başa çatmalıdır.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Sinqapurdakı bütün məktəblərin AI əsaslı adaptiv öyrənmənin tətbiqinə başlanılıb. 2024-cü ilin dekabrında Çinin Təhsil Nazirliyi ibtidai və orta məktəbləri AI texnologiyasının öyrənilməsini tədris proqramına daxil etməyə çağırıb. Çində bu zərurət onunla izah olunur ki, onsuz da aşağı siniflərdə şagirdlər AI haqqında əsas fikirləri inkişaf etdirməli və ibtidai məktəbin sonunda (orada təhsil altı il davam edir) texnologiyanı tətbiq etməyi öyrənməlidirlər. Orta məktəbdə AI-nin tətbiqi ilə yenilikçi layihələrə diqqət yetiriləcək.

Rusiyada isə məktəblərdə AI-nin öyrənilməsi hələ geniş yayılmayıb. Məsələn, 2024-cü ildə V-IX sinif şagirdləri üçün süni intellektə dair ilk dərsliklər hazırlanıb, lakin onlar dərsdənkənar məşğələlər üçün nəzərdə tutulub. Bundan əlavə, VII – XI sinif şagirdləri üçün ixtisaslaşdırılmış onlayn kurslar mövcuddur.

Şərhlər

Xəbər lenti

14 mart, 11:35

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

14 mart, 11:35

Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

14 mart, 11:20

Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

14 mart, 11:10

11 mindən çox bağça müəllimi diaqnostik qiymətləndirmədən keçib

14 mart, 11:04

Bağçalara 78 müdir və 416 tərbiyəçi-müəllim müsabiqə ilə işə qəbul edilib

14 mart, 11:00

Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT

14 mart, 10:58

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14 mart, 10:58

Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

14 mart, 10:55

Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

14 mart, 10:45

Universitetlərə qəbulun ikinci mərhələsi üçün sınaq imtahanı keçiriləcək

14 mart, 10:36

Kornel metodu öyrənməyi öyrədir

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.