Bütün xəbərlər
19 iyun, 15:45

Təhsil yolunda atılan hər addım insanı gələcəkdəki uğurlarına daha da yaxınlaşdırır. Bu yolun ən böyük mükafatı isə əzmlə və zəhmətlə qazanılmış nəticələrdir.

İyunun 1-də IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimum nəticə – 400 bal toplayaraq gələcəyin qapılarını üzünə açan Aylin Xəlilova imtahanla bağlı təəssüratlarını, sevincini "Azərbaycan müəllimi" ilə bölüşüb.

Bakı şəhəri Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin məzunu olan Aylin Xəlilova IV ixtisas qrupu üzrə  697.5 bal toplayaraq ən yüksək nəticəni göstərən abituriyentdir. O, illərlə ardıcıl və planlı şəkildə çalışıb, məktəb illəri boyunca hər zaman fərqlənən şagirdlərdən olub. Onun sözlərindən də aydın olur ki, bu nəticəni toplaması təsadüfi deyil: İllərlə əzmlə, zəhmətlə çalışıb. Təhsil həyatına başladığı gündən, elə I sinifdən ta məzun olana qədər hər zaman məktəbinin seçilən şagirdi olub: "11 il boyunca hər zaman əlaçı olmuşam. IX sinfi fərqlənmə attestatı ilə başa vurmuşam. Həmçinin Respublika fənn müsabiqəsində biologiya fənni üzrə gümüş medal qazanmışam,” – deyə Aylin öz uğur yolundan danışıb.

Aylinin həkim olmaq arzusu uşaq yaşlarından başlayıb. Cərrah olan atasının izi ilə getməyi arzulayıb. Onun bu istəyi isə artıq arzu deyil, reallaşmağa çox yaxın olan bir məqsəddir. O, Azərbaycan Tibb Universitetində təhsil almağı düşünür və gələcəkdə xaricə gedərək biliklərini təkmilləşdirməyi planlaşdırır. Lakin Aylin bildirir ki, harada təhsil almağından asılı olmayaraq, Azərbaycana gələrək burada öz müqəddəs peşəsini davam etdirəcək, xalqına, millətinə xidmət edəcək. Onun elə ən böyük motivasiya qaynağı da məhz atasıdır. Atasının uğurlu karyerası onun üçün həm motivasiya, həm də örnək olub.

Əyləncəmə də vaxt ayırırdım, dərslərimi də oxuyurdum

Müsahibimiz imtahanlarda uğurlu nəticə göstərməyin sirrini də bizimlə bölüşüb. O, uğurun sirrini yalnız gecə-gündüz oxumaqda görmür. Əksinə, balanslı həyat tərzi onun üçün əsasdır: "Belə bir düşüncə var ki, imtahanda yüksək nəticə göstərmək üçün mütləq 24/7 oxumalısan, istirahət etməməlisən. İstirahət edəndə özümü günahkar hiss edirdim. Bu tamamilə yanlış düşüncədir. İstirahət də lazımdır, vaxtında dərslərini oxumaq da. X-XI siniflər insan həyatının ən gözəl vaxtlarıdır. Bu dövrdə hər şeydən kənarlaşmaq mümkün deyil. Əyləncəmə də vaxt ayırırdım, dərslərimi də oxuyurdum, yeri gələndə sosial şəbəkələrə də vaxt ayırırdım".

Əsas hədəfim Prezident təqaüdünə layiq görülmək idi

Aylinin öz əzminə, hazırlıq səviyyəsinə inamı hər zaman yüksək olub. Ona görə də qəbul imtahanında yüksək nəticə toplayacağından, istədiyi ixtisasa qəbul olacağından əmin olub. Ən böyük hədəfi, məqsədi isə ölkə birincisi olaraq Prezident təqaüdçüsü olmaqdır. Görünür, onun bu istəyinə çatmağına heç bir maneə qalmayıb…

Şərhlər

Xəbər lenti

13 iyul, 15:41

Bugünkü qəbul imtahanının nəticələri 2 həftəyə açıqlanacaq

13 iyul, 14:37

6 nəfərin imtahan nəticəsi ləğv edilib -DİM

12 iyul, 21:30

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

12 iyul, 14:22

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlanıb

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.