Bütün xəbərlər
29 may, 15:27

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib, asudə vaxtını keçirə biləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil edilən festivala şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb.

Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq.

Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunacaq, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirəcək, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olacaq, viktorinalar keçiriləcək.

“Aqrar zona”da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar veriləcək. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə “Botanika zonası”nda tanış ola biləcək. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçiriləcək: şitillər gətiriləcək, dibçəklərdə bitki əkmək imkanı yaradılacaq.

Uşaqların heyvanlar aləminə marağı nəzərə alınaraq, festivalda “Zoopark zonası” da yaradılacaq.

Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün “Qoğal” nağılı nümayiş etdiriləcək.

Daha bir yenilik festivalda Bakı Dövlət Sirkinin iştirakıdır. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirəcək, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdirəcəklər.

Festivalda “Art/Face Art” meydançasında uşaqlara müxtəlif incəsənət növləri öyrədiləcək.

Festivalın yeniliklərindən daha biri moda meydançasıdır. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edəcək, öz yaradıcılıqlarını nümayiş etdirəcək və müxtəlif dizayn ideyaları ilə tanış olacaqlar.

Muzey zonasında Milli Xalça Muzeyinin əməkdaşları xalça toxunması üzrə ustad dərsi keçəcəklər.

Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgilər əldə etmək “Azərkosmos” və “Planetarium” zonasında mümkün olacaq.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün Təhlükəsiz yollar/Ralli zonası təşkil edəcək. Uşaqlara kiçik avtomobillərlə ralli təcrübəsi təqdim ediləcək.

Həmin gün Mərkəzin parkında “Oxu zonası” da təşkil olunacaq, burada Oxu saatı keçiriləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda “Sağlam uşaqlar zonası” fəaliyyət göstərəcək. Burada uşaqların müayinəsi üçün kuponlar veriləcək, qeydiyyat aparılacaq.

Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə “Estafet zonası”nda müxtəlif yarışlar və idman oyunları keçiriləcək, attraksionlar qurulacaq. “Badminton zonası”nda maraqlı yarışlar təşkil olunacaq.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların tam ixtiyarına verilərək.

1 /1

Şərhlər

Xəbər lenti

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

30 may, 15:07

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.