.jpg)
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Vətən Müharibəsi şəhidləri – Səfərov Cəsarət və Səfərov Şahmarın əziz xatirəsinə yarış keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda yeniyetmə, gənc, 21 yaşadək karateçi, böyüklər və parakarateçilər iştirak ediblər.
Turnirdə ölkənin müxtəlif bölgələrindən 27 klubun 400-ə yaxın karateçisi iştirak edib.
Qeyd edək ki, "Təhsil” Respublika İdman Mərkəzinin karate bölməsinin yığma komandasının üzvləri turniri 9 qızıl, 7 gümüş, 9 bürünc medalla III pillədə başa vurublar.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər